Dostlarla axşam yeməyi üçün restorana avtomobilsiz getdim və səbəb də o idi ki, onlarla sifariş taksi var. Geri qayidanda onlarin xidmətindən istifadə edərəm. Həm də son günləri taksi söz-söhbətinə real sürətdə bir nəzər salim,bu xidmətdə nələr olur. Qiymət necədir və xidmət səviyyəsi nə yerdədir?
Kaş ki, etməz olardim. Bütün istirahətim burnumdan gəldi.
İlk əvvəl sifariş mərhələsindən danişim.
İlk aglima gələn *2111 nömrəsi oldu. Hardan yadima düşdü bu nömrə?
*2111 nömrəsin yigdim və robot qiz məni salamladi,xidməti səviyyəsin yoxlamaq üçün danişigin yazıldıgıni xatırlatdı.Olsun. Sonra operator oglan söhbətə qoşuldu. Səsi elə bil quyunun dibindən gəlir.Çox zəif və anlaşilmaz. Gediş istiqamətini deyib, qiyməti soruşdum.Nə dediyini başa düşmək üçün sualı bir neçə dəfə təkrar etsəm də,cavab olaraq dəstəyin o başindan ancaq bir cavab gəlirdi. Təsdiq edim? Təsdiq edim? Axir bezib dedim təsdiq edin. 5 dəqiqə sonra telefonuma “vızov” gəldi. Gözləmirdim ki, taksi bu yolla sifarişçini axtarsın.Ancaq hər ehtimal zəng elədim. Bu həqiqətən taksi sürücüsü idi və soruşdu ki, taksi sifariş etmisiz? Dedim başa düşmədim.Müştəri ilə belə əlaqə saxlayırsız? Dedi konturum bitib,ona görə.Yaxşi nə vaxt gəlirsiz? Gözlədiyim yeri dedim,dedi 5 dəqiqəyə ordayam. Yaxşi…
15 dəqiqə keçdi və taksidən xəbər yoxdu. Yenidən *2111-i yigdim.Robt qiz bildirdi ki, tam başqa nömrəli avtomobil sizi gözləyir və dəstək asildı. Soruşa bilmədim ki,harda gözləyir, mən maşını görmürəm axi. Bir də zəng etdim.Yenə də robot qiz başqa nömrəli avtomobilin məni gözlədiyini bildirdi. Ay xanim, axi harda gözləyir. Cavab yodu və dəstək asılib.
Artiq əsəbi vəziyyət yaranib və nə etməyimi aydinlaşdıra bilmirəm. 5 dəqiqə sonra yenə də başqa nömrədən zəng gəlir və taksi oldugunu bildirir.Deyir sizi gözləyirəm. Dyirəm harda, deyir filan yerdə.Deyirəm axı mən sizə dəqiq yerimi izah etmişəm, gəlin filan yerə. 3 dəqiqə sonra taksi yaxınlaşir və məni çagirir. Oturub yola düşürük və bir yeni zəng… Filan nömrəli taksi sizi gözləyitr. Deyirəm ay qardaş, artiq taksi gəlib və biz yoldayiq. Həəə, yaxşi… 3 dəqiqə sonra yenə zəng, filan maşin sizi gözləyir… Ay qardaş əl çəkin də məndən, mən artıq yoldayam…. Bir azan yenə taksinin məni gözləməsi barədə yeni zəng. Mənzil başina çatana qədər 4 ya 5 gəng gədi. Artiq səbrim tükənirdi. Bu nə xidmətdi, bu nə məsuliyyətsizlikdi? Sonda sürücü bildirdi ki, sifarişi ləgv etməsəniz, əl çəkən deyillər.
Sifarişi ləgv edəndə artiq evin qarşisinda taksidən düşürdüm.
Ay bu şirkətin rəhbərləri, arada bir özünüz də yoxlamaq üçün bir taksi sifariş edin. Əməkdaşlariniza təlim keçin. Səsi bir az gur çıxan əməkdaşlar cəlb edin.Müştəri zəng edəndə robot qizi ortaliga buraxib, dəstəyi asmayin.
Bir sözlə insanlara normal xidmət göstərin.