Sığorta agenti fəaliyyəti üçün verilmiş lisenziya “Sığorta fəaliyyəti haqqında” qanununun 107.1.1-ci maddəsinə əsasən Mərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2020-ci il tarixli qərarı ilə ləğv edilib.
Eləcə də bax: Sığorta şirkətinin səhmdarları toplaşır – YIĞINCAQ
FED.az xəbər verir ki, lisenziya sahibi Əliyev Əliməmməd Nadir oğlunun könüllü müraciət əsasında ləğv edilib.
Əliyev Əliməmməd Nadir oğluna sığorta agenti fəaliyyəti üçün lisenziya 13 fevral 2013-cü ildə verilmişdi.
Qeyd edək ki, 107.1.1. maddəsində deyilir ki, lisenziya sahibi lisenziyasının ləğvi barədə müvafiq müraciət etdikdə, maliyyə bazarlarına nəzarət orqanı verilmiş lisenziyanı ləğv edir.