Troya atı barədə əfsanəni hər kəs bilməsə də, əksəriyyət bu əfsanədən xəbərdardır.
On il ərzində şiddətli döyüşlər nəticəsində Troya şəhərini ələ keçirə bilməyən Yunanlar, hoyləgər Odisseyin təklifi ilə, məkirli bir işə əl atırlar. Taxtalardan çox böyük bir AT düzəldirlər və bu atın içərisində Odissey özü başda olmaqla, ən seçmə əskərləri yerləşdirirlər. Plana görə Troyalılar bu atı şəhər meydanina aparmali və qələbə şadyanaqlıqları təşkil etməli idilər. Ati Troyanin giriş qapısı qarşısında yerləşdirən Yunanlar, bu atin qələbə münasibəti ilə Allahın bir hədiyyəsi oldugunu bildirib, qoşunlarını şəhərdən kənara çəkirlər. Qalib gəldiklərindən əmin olan şəhər müdafiəçiləri ati şəhər meydanına yerləşdirib,qələbə bayrami təşkil edirlər. Qələbə eyforiyası və spirtli içkilərdən yorgun düşən Troyalılar gecə gücsüz halda yıxılıb yatırlar və şəhərin müdafiəsi unudulur. Fürsətdən istifadə edən Yunan döyüşçüləri gecə ilə atın icərisindən çıxaraq, şəhər qapılarını içəridən açırlar və Yunan qoşunlari şəhəri işgal edirlər.
Məsələnin məgzi burdadır: İçəridən qapını açırlar və şəhər məhv olur…
Bu gün ölkəmiz məhz həmin Troya şəhərini xatırladır. Ətrafımiız mənfur düşmənlərlə əhatə olunub. Bunu bilirik və görürük. Bu o qədərdə qorxulu deyil. Çünki görünən düşmənə qarşi müqavimət gücümüz var. Və onlara qarşı layiqli cavab verməyə qüdrətli Ordumuz da var.
Ən qorxulusu içimizdə olan, görünməyən, sanki Troya atının içərisində gizlənən görünməyən düşmənlərimizdi. Onlar beşinci kalondu ya on beşinci kalondu, bilmirəm. Ancaq onlar kifayət qədərdilər və kifayət qədər geniş imkanlara malikdirlər. Onlar istənilən vaxt içəridən qapılarımizi aça bilərlər.Bu vətən xainləri istənilən anda ölkəmizi məhv edə bilərlər.
Belələri aşkarlanmali, təcrid edilməli,lazım olarsa lap məhv edilməlidirlər.
Onlar ölkədə hər an qarışıqıq yaratmaga, insanları üz-üzə qoymaga cəhd edə bilərlər.
Ayiq sayıq olmalıyıq.
Ölkəmiz həlledici döyüş mərhələsindədir.
Bü gün qütün qüvvələrin, iqtidarın, müxalifətin birləşməsi və birlikdə bir məqsəd ugrunda mübarizə aparması çox vacibdir.
Tanrı ölkəmizi qorusun.
Qələbə bizimlədir.
Şahin İsmayılov.