Sıgorta bazari öz müəmmaları ilə və sigortaçı-sigortalı münasibətlərinin qarşılıqlı ittihamları sistemi üzərində qurulmuş bir mexanizm əsasında inkişaf etməkdədir,əgər buna inkişaf demək mümkündürsə. Ölkədə kifayət qədər geniş spekterli sigorta bazari var.Kifayət qədər Sigorta şirkətləri də var.Sıgortalı olacaq əhali sayiı mövcuddur.Nəzarət mexanizmi fəaliyyət göstərir. Bu günkü günə,ölkə əhalisinin sigorta tələbini ödəyəcək sayda sigorta məhsullrı da təklif olunur. Di gəl ki,sigorta bazari əsasən avtomobillərin icbari sigorta məhsullarinin satişı üzərində formalaşib.Əmlakin icbari sıgortası isə,qanunla məcburi olsa da,hələ də satiş statistikasında kifayət qədər ugurlu nəticəyə malik deyil. Sıgorta bazarının bu qədər problemlər içərisində olmagının bir çox əsaslı yaxud əsassiz səbəblərini göstərmək olar.Belə nəticənin yaranmasında Sigorta şirkətlərini də günahlandurmaq olar,nəzarət orqanlarını da, müştəriləri də.Maraqlı burasıdır ki,bu tərəflərdən hər birinin də özünə məxsus haqli və ya haqsiz səbəbləri var. Sigorta bazarinin ən böyük ugursuzlugu, insanlarin Sıgorta şirkətlərinə inamsizlıqlarıdır.Bu inamsizlıq hardan yaranir və necə oldu ki,illər boyu bu inamsizlıgı insanlarin beynindən çixartmaq mümkün olmadı? Axı günümüzdə Sıgorta şirkətləri kifayət qədər ödənişlər edirlər.Hətta avtomobillərin icbari sıgortası üzrə ödənişlər o həddə çatib ki, artiq şirkətlər bu məhsulun satışına ehtiyatla yanaşırlar.Hətta elə şirkətlər var ki, müəyyən marka və motor həcmli avtomobilləri icbari sıgorta etməkdən imtina edirlər. Bütün bunlara baxmayaraq, insanlar sıgorta şirkətlərinə olan inamsızlıqlarından əl çəkə bilmirlər. İnsanları necə inandırmaq olar? Sıgorta şirkətlə nəyi düz etmirlər? Bəlkə səbəb elə insanlarımiz özləridir?Ən böyük bəla,əksər insanlarımızın, mənə heç nə olmaz, məni Allah qoruyur, illərdi heç nə olmayıb,indi nə olasıdır ki… kimi bərbad təfəkkürləridir.Praktika göstərir ki, gün ərzində həddindən çox qəzalar da olur, əmlak da yanır, daşınar əmlak da ogurlanir yaxud məhv olur və bu kimi digər qaçilmaz hadisələr baş verir.Və məhz bundan sonra sıgortanı tanımaq belə istəməyən vətəndaşın yadına düşür ki,bəs sıgorta da var imiş.O zaman isə çox gec olur. Digər inamsizlıq faktorunu,Sıgorta şirkətləri özləri yaradırlar.Bəzən belə bir təəssürat yaranır ki, Sıgorta şirkətləri sanki vətəndaşi incitməkdən zövq alırlar. Qəza xidmətlərinin hadisə yetinə gəlib çatması bir problem, qiymətləndirmə bir priblem,sənədlərin yıgılması,təmir prosesində olan çatiışmazlıqlar, ödəniləcək məbləgin günlərlə ləngidilməsi və sair hərəkətlər,müştəriləri şirkətlərdən qaçirdan əsas səbəblərdən hesab oluna bilər. Ay şirkət rəhbərləri,əgır bu ödənişi edəcəksinizsə,bunu vaxtinda edin.Əgər təmir edəcəksinizsə,bunu keyfiyyətlə edin.İnsanları süründürməklə,incitməklə nəyə nail olursunuz? Axı hər bir təsir əks təsirə malikdir.Başa düşmək lazımdır ki, icbari sıgortalar üzrə təminatdan razı qalan müştəriyə, könüllü növləri də satmaq daha asandir. Sıgortaya olan inamsızlıgın digər səbəbi, təbligatın və maarifləndirmənin yox dərəcədə olmasıdır. Mətbuat ümumiyyətlə sıgorta təbligatından əlini tamam çəkib.Mətbuatın işi hansısa şirkətdə yerdəyişmələr və təyinatlar barədə olan məlumatları yaymaqdan ibarətdir. Bu tip məlumatlar isə insanları ümumiyyətlə maraqlandırmır. Vətəndaşın nəyinə lazım,kim gəldi,kim getdi? Son günlər Gunay İnsurance şirkətində təqdirə layiq bir yenilik diqqəti cəlb edir. Şirkət artiq könüllü növlər üzrə baş verən qıza hadisəsi barədə, müqaviləni hazirlayan vasitəçini məlumatlandırır və müştərisinin hadisəsinin tənzimlənməsində iştirak etməsini xahiş edir. Və belə bir praktikani icbari sigorta hadisələri barədə də tətbiq etmək üçün proqram təminatı üzərində işləri sürətləndirib.Görünən odur ki, Günay Sigorta şirkəti müştəri məmnuniyyətini təmin etmək üçün əməli hərəkətə keçib. Mən şəxsən bu şirkətlə əməkdaşlıqdan zövq alıram və müştərilərim arasında bu şirkətin təbligini gücləndirirəm.Artıq iki müştərimin bu şirkətlə olan hadisələri çox rahatlıqla öz həllini tapıb. Müştərilətim öz razılıqlarını bildiriblər. Bəlkə digər şirkətlər də #Gunayİnsurance kimi müştəri məmnuniyyətinə dogru addimlar atsınlar… Bildiyim odur ki, Sigorta işini yüksək səviyyəyə çatdirmagin yolu Sıgortaçı – Sıgortalı qarşılıqlı anlaşmasının yüksək səviyyədə olmasından keçə bilər. Ümid edirəm ki, çox tezliklə belə bir anlaşmanin şahidi olacagiq. Şahin İsmayılov.