Avtomobillərin “İcbari Sığortası” məhsulu artıq bir çox Sigorta şirkətləri üçün maraqsiz və ziyanlı məhsul kateqoriyasına daxil olub.Və müəyyən şirkətlər bu “bəla”dan qorunmaq üçün müxtəlif yollara əl atırlar.Bu “xilas” yolunun ən populyar olanı kiçik mühərrik həcmi olan avtomobil sahiblərinə İcbar sigorta üçün imtina vermələridir.Digər bir “yol” bu tip məhsul satmaq istəyən Sığorta vasitəçilərinə ya komissiya verilməməsi ya da aşaği faizlə hesablanmasıdır ki, bu halda vasitəçilər seçim qarşısında qalırlar… Satım ya satmayım? Kiçik mühırrikli avtomobillərin İcbari Sigorta məhsulu üzrə ziyanlılıq faizinin yüksək olması ayri bir söhbətin mövzusudur. Bu barədə əlavə yazım olacaq. Bu gün isə məndə təəccüb doguran hal elə problemlər qarşılığında, Sigorta şirkətlərinin tam susqunluq nüməyiş etdirmələridir. Əgər hər hansı bir məhsul üzrə statistika Sıgorta şirkətlərinin gözləntilərini dogrultmursa,ziyanlılıq sürətlə artirsa, əcaba nədən şirkətlər bu səbəbləri araşdırmırlar? Niyə şirkətlər müvafiq nəzarətedici strukturlar qarşısında məsələ qaldırmırlar. Bu kimi problemləri #MərkəziBank, #İSB, #ASA da görür.Onlar niyə bazar araşdırmalarını sürətləndirmək üçün Şirkətlər qarşsinda məsələ qoymurlar yaxud öz tövsiyyələrini vermirlər? Bu problemlər qarşılıgında,bu gün artiq unudulmaqda olan bir töcrübəni Şirkət rəhbərlərinin diqqətinə çatdırmaq istəyirəm. AXA MBASK təcrübəsini…O zamanlar… AXA MBASK şirkətinin “İkitərəfli Sigorta” adlı bir məhsulu var idi. Bu məhsul avtomobillərin icbari s6gortasına bir əlavə kimi satılırdi və yalnız icbari sıgorta hadisəsi baş verən zaman qüvvədə olurdu.Yəni icbari hadisə törətmiş sürücü, bu məhsulu əldə etməklə,öz avtomobilinə dəymiş ziyana görə də təminat alırdı. Təminat üç paketdə 500 azn, 1000 azn və 1500 azn məbləgdə təklif olunurdu və açığını deyim ki, müştırilərim arasında çox populyar və tələbatlı bir məhsul idi. AXA MBASK fəaliyyətini dayandırdıqdan sonra,əməkdaşlıq etdiyim bir çox şirkətlərdə belə bir məhsulun hazırlanıb satışa çixardılması üçün müəyyən cəhdlərimiz oldu. Təəssüf ki, nəticəsiz… Bütün bunları niyə xatırlatdım?İcbari sıgortalar bazarında xoşagəlməz problemlərin yaşandığı bir vaxtda, Sigorta şirkətləri yeni məhsulların bazara çixardılması üçün fəallıqlarıni artırmalıdırlar.Elə olsun “İkitərəfli Sigorta”nın analoji təkrarı ya oxşarı.Bu tip məhsullar həm Sigorta şirkətləri üçün əlavə gəlir mənbəyi, həm də sürücülət üçün bir stimul rolu oynaya bilər. Əlbəttə Sığota şirkətlərini nəyəsə məcbur etmək olmaz.Seçim haqqı onların özlərinə məxsusdur. Ancaq bazarda müəyyən bir hərəkətlilik yaratmaq üçün, şirkətlər də qollarıni çirmalayıb nəsə etməyə borcludurlar. Yoxsa bunu etmirəm, onu etmirəm…Bu ziyandi,sərf etmir… kimi fikirlərlə sığorta bazarını iflasa sürükləmək olar.Batan birisinin xilası yalnız onun öz əlindədir.