Dövlət Gömrük Komitəsinin “Sadələşdirilmiş Bəyənnamə – Elektron ticarət” layihəsinin təqdimatından sonra, Komitə məsul şəxsinin müştəridən ünvanlanan suala verdiyi cavab bir çoxları tərəfindən birmənalı qarşılanmayıb.
Komitə məsul şəxsi cavabda bildirib ki, ard – arda üç köynək gətirən fiziki şəxs kommersiya məqsədli kimi dəyərləndiriləcək və müvafiq ölçü götürüləcək.
Bu məsələ barədə bit taniş şəxsə ünvanladıgım suala cavabında bildirdi ki, mən də aciga bir dəfə üç köynək, sonra üç şalvar, üç ayaqqabı və s. gətirəcəm. Növbəti üç kpynəyi isə 4 aydan sonra sifariş verəcəm.
Məncə maraqlı çıxış yoludur.
İnsanlarımız istənilən vəziyyətdən çıxış yolunu tapa bilirlər.
Necə deyərlər, Bazar olsun…