Bildiyiniz kimi döyüşən Ordumuza, igid Aslanlarımiza sovqat çatdırmaq üçün hazırlaşdıgımız səfərimiz dünən baş tutdu.Xüsusilə qeyd edim ki, çox ugurlu və çox sevindirici bir səfər oldu. Və qeyd edim ki, bu səfər yardımsevər dostlarımızın köməkliyi ilə allndi. İcazənizlə yardım edən dostlarımızı bir daha təqdim edim: – Almaniyadan vətənpərvər dostlarımız.( Adlarının açiqlanmasını istəmədilər) – Narmin Safarova – Elnarə Hüseynova – İlqar Zərbəliyev – Mustafa Musayev – Sıgortaçı xanım. ( Adının açıqlanmasını istəmədi) – Çox yaxın bir dostum. ( Adının açiqlanmasın istəmədi) – Murad Quluzade – Bahruz Kazim. Dostumuz,keçmiş qaçqin, Fizuli sakini. Artıq qaçqin hesab olunmur… – Şahin İsmayilov… Və bəndəniz mən.Dostlar,hər birinizə oldugumuz bölgədəki Əskərlərimizin minnətdarlıgını çatdırıram.Var olun. İndi isə səfər təəssüratlarım…İstiqamətimiz ən ağır döyüşlərin getdiyi Fizuli bölgəsinə idi.Səhər saat 6-da artıq yola düşəndə,güclü yağış başlamışdi və hava şəraitinin belə dəyişməsi heç də xoşagələn deyildi. Ancaq bu heç nəyi dəyişmirdi.Biz hələ Bakıda olarkən,xəbərdarlıq etmişdilər ki, cəbhə bölgəsinə yaxınlaşarkən,hərbi postlar var və Fizuli qeydiyyatı olmayan şəxslər heç bir halda cəbhə zonasına buraxılmırlar.Bu qadağa sovqat aparanlara da şamil olunur. Hərbi təhlukəsizlik baxımından postların yerləşdiyi ərazilərin adlarını qeyd etmirəm. Xəbərdarlıga baxmayaraq yola düşdük.Çünki bizə etimad edən dostların yardımını necə olursa olsun İGİDLƏRİMİZƏ çatdırmaqda israrlı idik. İlk posta qədər hər hansı bir çətinlik olmadan getdik.Və ilk post… Sənədlərin yoxlanması və ilk şok…Yalniz bir nəfərin Fizuli qeydiyyati var.O keçə bilər. Digər sərnişinlər geriyə. Bütün xahiş və səbəblər cavabsız qaldı. Geriyə, vəssalam.. Ancaq ümid ən sonda ölür. Deməyəcəm necə, ancaq postu sanki bir möcüzə nəticəsində keçə bildik. Bu postdan bir neçə kilometr irəliyə və o saat anlayırsan ki,artıq cəbhə bölğəsindəsən. İlk anlayib başa düşdüyüm… Mən Qarabagdayam. Qarabağin dogam,sag və bir az da barıt qoxulu havasını uduram.Orda həyat tam başqa cür davam edir.O ərazilərin insanlari bizlərdən tam fərqlidi.O ərazilərdə sürücülər tam başqa cür avtomobil idarə edirlər. Ordakı uşaqlar da 20-30 kilometr arxafakı uşaqlardan fərqlidirlər. Orda həyat hərbi qanunlarla idarə olunur.Yollarda kifayət qədər mülki şəxslər, hətta uşaqlar belə yerli polislərə qoşulub, hərəkətin tənzimlənməsində canla başla iştirak edirlər.Hərbi kalonların və təcili yardım maşınlarının keçməsi üçün bütün hərəkət dayandırılır və yollar boşaldılır.Kalonlar sürətlə şütüyüb keçməlidirlər və keçirlər də.Bu prosesləri izləmək bir ayrı hiss,bir ayrı zövq idi. Yurdumun insanlarl kiçikdən böyüyə 100% səfərbər olublar. Qürur duydum insanlarımızla. Yolda yanımızan sürətlə keçən hərbi yük maşınlarında ƏSKƏRLƏRİMİZ döyüş bölgəsinə çixirdılar yəqin ki. Sonuncu abtomobildə oturan İGİDLƏRİMİZƏ əl elədik.Gülə gülə qarşılıq verdilər.Fikrimdən keçdi ki, hərbi avtomobilə yaxinlaşib ƏSLƏRLƏRİMİZƏ bir iki blok siqaret atım. Sürücüyə sürətlə hərbi maşina çatmagı xahiş etdim.Məsafə 2-3 metrə çatanda, pəncərdən iki blok siqareti onlara atmaq istədiyimi bildirdim. Və şok… Bir neçə ƏSKƏR əlləri ilə yox işarəsi verib, minnətdarlıq etdilər. Başa düşdüm ki,hərbçilərimizin təminatı yüksək səviyyədədir və onlarin kənardan nəyə isə ehtiyaclari yoxdu. İkinci hərbi post… Və gözlənilməz bir münasibətlə üzləşirik…Sənədlərimizi yoxlamaga yaxınlaşan hərbiçi avtomobilimiz üzərində olan İzTV.az loqosunu görən kimi, üzünü qarşı tərəfdə dayanan hərbiçiyə tutub, Komadir, TV gəlib, onları qeydiyyata alın deyib,bizə irəli getməyə göstəriş verdi.Özümü itirdim mətbuata belə ehtiramlı münasibətdən. Ancaq toparlanıb onu deyə bildim ki, biz hərbi jurnalistlər deyilik.Bu Sigorta avtomobilidir və işimiz də Sigorta sahəsini işıqlandırmaqdı. Bir neçə saniyəlik sükut… Gəlişimizin səbəbini soruşur… Sovqat gətirmişik… Yenə sükut, fikirləşir… Sənədlərimizi istəyir.Təqdim edirik.Baxir.. Və…Yaxşi yol. Ancaq ehtiyatlı olun.Davam edirik.Yollarda hərəkətlilik artir.Və tam olaraq dərk edirsən ki, hərbi əməliyyatlarin keçirildiyi ərazilərə yaxınlaşırsan.Hərbi maşınlar,hərbi texnika daha çox gözə dəyir.Hərəkət isə daim irəliyədir. Məni hövsələdən çixardan bir vəziyyət.Müəyyən bir ərazidə yol İran sərhədd çəpəri boyunca davam edir. Həmin anda telefonlarımız avtomatik olaraq rouminqə qoşulur və İran İslam Respublikasına xoş gəlmisiniz SMS-i gəlir.Zəng etmək cəhdimə fars dilində cavablar eşidirəm.Ay Rabitə Nazirliyi… Mən İrana xoş gəlməmişəm, mən Fizuliyə xoş gəlmişəm. Siz bu vəziyyətdən xəbərdarsınız? Artıq döyüş bölgəsinə yaxınlaşırıq.Top səsləri aydın eşidilməyə başlayır. Bir erməni atışına beş cavab atışı guruldayır.Hiss edirsən ki, düşmən tükənmək üzrədir. Düşmənin sonu çox yaxındır. Qürurlanırsan…Fəxr edirsən…Və qışqırmaq 7stəyirsən: QƏLƏBƏ BİZİMDİR!Sovqatları catdırmaq üçün bir neçə yerdə saxlayıb,yerli sakinlərlə söhbətləşirik.Bizi istiqamətləndirmələrini istəyirik.Bu yerlərin insanları bir başqa insanlardi.Hər kəsin üzündə bir qürur,bir sevinc və bir qələbə əzmi aydın seçilir.Gəlişimizin səbəbini bilən hər kəs bizi evinə dəvıt edir,heç olmasa cay icməyi təklif edirlər.Sovqata görə təşəkkürlər yagiş kimi yagır üstümüzə. Bir yerli sakin təklif edir,müəyyən qədər sovqatı ayırım çənim maşınımla,sizin də bir nümayəndə,aparaq bir posta təqdim edək.Etiraz etmirik və elə də edirik. Sakinlər bildirirlər ki,heç bir halda hansısa hərbi hissəyə yaxınlaşa bilməzsiniz və gətirdiyiniz dovqatlar üçün xüsusi yerlər var.Onlara təhvil verməlisiniz. Özləri ordan paylaşdırırlar. Başqa əlac yoxdu.Gətirdiyimiz payları iki belə məntəqəyə təhvil veririk.Həmin məntəqələrdə şahidi olduq ki,sovqatlar çeşidlənir və lazım olan ünvanlara çatdirilir.İşimizi bitiririk.Bir qədər də yerli sakinlərlə söhbətləşirik.Bu yerlərin sakinləri artiq tam qələbəni qeyd edirlər.Başqa cür ola da bilməz.Və hər kəs bizi evinə dəvət edir.Cətinliklə də olsa təşəkkür edib, Horadizə getməli oldugumuzu bildiririk.Yarim saat sonra artıq Horadizdəyik.Aktiv döyüş ərazisinə ən yaxin yaşayış məntəqələrindən biri.Bir ora çatanda Horadiz düşmən atəşi altinda idi.Tək tək də olsa,düşmən toplarının partlsyış səsləri eşidilirdi.Cavab zərbələri isə daha vahiməli idi. Horadizdə isə bir yerli sakinin əlindən qurtara bilmədik və evinə dəvəti qəbul etmək məcburiyyətində qaldıq.Top atəşləri altinda nahar etmək isə fantastik bir hissdir.Yemək yeyirsən və bir dəqiqə sonra nə baş verəcəyini bilmirsən.Biz isə artıq uygunlaşmışıq.Bunu ermənilər atdılar.Bunlatı isə bizimkilər guruldadırlar.Hər atışdan sonra,ev sahibi təkrar edir: Beş alti erməni cəhənnəmə vasil oldu.Beləcə böyük qürur hissi ilə geri dönürük,bir daha qayitmaq həvəsi ilə. QƏLƏBƏ BİZİMDİR! QARABAG AZƏRBAYCANINDIR!