Bu günlər ölkə gündəmi Ağdam ətrafında cərəyan edir.Hər kəs Ağdam deyir,insanlar bir-birlərini təbrik edir,sevinclərini bölüşürlər.Bədnamlar isə Ağdamı tamamilə darmadağın ediblər.Edə biləcəkləri nə varsa,onu da ediblər.Bundan artıgını da gözləmirdik.Düşmənimiz buna qadir idivə bunu da etdi.
Cavabı cənab Ali Baş Komandandan gecikmədən gəldi: – Biz Ağdamı bərpa edəcəyik.Bütün infrastruktur bərpa olunacaq və insanların ora qayitması üçün tələb olunan bütün işlər görüləcək.
Qarşıda bizi Kəlbəcərin və Laçının azad olunacagı gün gözləyir.Bu ərazilərimiz də öz azadlığına qovuşacaq.Bu ərazilərimiz də tamamilə bərpa olunacaq və erməni faşistlərinin iy-qoxusu da o ərazilərdən yox olacaq.Özü də bir dəfəlik.
İndilikdə isə ölkə əhalisinin əksər hissəsini maraqlandıran bir çox suallar yaranır.
Bəs sonar nə baş verəcək?
Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında 10 Noyabrda baglanmış atəşkəs müqaviləsi əlbəttə ki, ermənilərin kapitulyasiyaya razı olduqlarını təsdiq edən bir sənəd idi və həmin andan etibarən döyüş bölgələrində atəş dayandırıldı.Müqavilə şərtləri hər kəsə məlum olduöu üçün unun üzərində ətraflı yazmıram.Ancaq müqavilə imzalanan kimi Rus sülhməramlılarının bölgəyə yeridilməsi və Laçın dəhlizini nəzarətə götürməsi çox təəccüblü göründü.Sanki ruslar startda dayanıb bu razılaşmanın imzalanmasını gözləyirdilər.
Keçən 12 gün ərzində ruslar aktiv fəaliyyətə keçərək erməni qaçqınlarını geriyə,əsasən də Xankəndi şəhərinə qaytarmağa başlayıblar və artıq 10 minə yaxın erməni öz tərk etdikləri evlərinə qaytarılıb.Onların təhlukəsizliyini isə rus hərbçilər təmin edir.Və ən xoşa gəlməyən vəziyyət isə Xankəndində erməni və bədnam separatçı qurumun bayrağının dalgalandırılmasıdır.
Əlbəttə belə vəziyyət bizi qane edə bilməz.Ancaq müqavilə şərtlərinə görə 1 Dekabr tarixinə kimi Kəlbəcər və Laçın əraziləri də düşmən silahlılarından təmizlənərək, Şanlı Ordumuzun nəzarətinə verilməlidir.Belə başa düşürəm ki, Ölkə rəhbərliyi böyük səbr nümayiş etdirərək həmin tarixi gözləyir və sərhəddlərimizin tam bərpasından sonra əsas məsələlərin həllinə start veriləcək.
Nələr olacaq və hansı proseslər hansı ardıcıllıqla həyata keçiriləcək?
Ən əsasə məsələ Daglıq Qarabağ ərazisi bütün dünya ölkələri tərəfindən Azərbaycan ərazisi kimi tanınır və bu müzakirə mövzusu deyil.
Deməli ermənilərə hansısa status verilməsi məsələsi gündəlikdən çıxarılıb və bu barədə də Ali Baş Komandanımız hər kəsin başa düşəcəyi tərzdə dünyaya sözün deyib.Bunun qarşılıgında isə kimsə tərəfindən bir etiraz səsi eşıdılməyib.Bu bizim son məqsədimizin təminatı.
Yəni QARABAĞ AZƏRBAYCANDIR və NİDA işarəsi.
Yerdə qalan digər məsələlər artıq texniki problemlərdir.
Texniki problemlərlə tanış olaq.
Əsas məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi baglanmalıdır.Ermənilər ölkəmizin ərazi bütövlüyünü tanımalı və bizə qarşı hər hansı bir ərazi iddialarının olmamasını təsdiq etməlidirlər.Sülh müqaviləsi hər iki ölkə parlamenti tərəfindən ratifikasiya edilməlidir. Ancaq indiki vəziyyətdə bu necə baş tutacaq,aydın deyil.
Ermənistanda baş verən proseslər sülh müqaviləsi imzalanmasını hələ ki,mümkünsüz edir.Orda aləm dəyib bir-birinə və hakimiyyət uğrunda mübarizə gedir.Paşinyanı yıxmaq planları işə düşüb.Ermənistanda kimin hakimiyyhətə gələcəyi də böyük sual doğurur.Rusiya orda öz adamını görmək istəyir.Soros tərəfdarları isə Paşinyanı xilas etmək uğrunda çarpışırlar.Və indiki anda kiminsə hakimiyyətə gəlməsi də onların özləri üçün böyük risk təşkil edir.Çünki kimsə rüsvayçı sülh müqaviləsini imzalamaqda maraqlı deyil.Bu müqaviləyə imza atan kəs,kimliyindən asılı olmayaraq öz siyasi karyerasına son qoymus hesab olunacaq.
Erməniləri buraxaq öz zibilləri ilə baş-başa…Özləri bilər,necə çıxacaqlar bu problemlərdən…
Qarabağda nə baş verir?
Qarabağda hələlik bizi qane etməyən proseslər gedir.Hələ ki,ruslar orda tam hakimi mütləqdirlər və istədiklərini edirlər.Kəlbəcəri yandırıb dağıdan,söküb aparan ermənilərə qaşın üstə gözün var deyən yoxdu.Erməniləri Yerevandan Xankəndinə daşıyıb yerbəyer edirlər,tibbi xidmət göstərirlər,yaşayış üçün hər cür şərait yaradırlar və təhlukəsizliklərinə də tam təminat verirlər.
Qayd etdiyimiz kimi artıq 10 min erməni geri qayıdıb.Deyək bir 20 min də ermənini gətirib yerləşdirsinlər.
Birincisi Dövlət başçımızın dediyi kimi Qarabağda yaşayacaq ermənilər bizim vətəndaşlarımız sayılırlar və onların bütün hüquqları ən yüksək səviyyədə təmin olunacaq.Onlara Azərbaycan vətəndaşlığı və şəxsiyyət vəsiqələri veriləcək.
Ancaq görünən odur ki,bunların başında başqa küləklər əsir.Bunlar elə zənn edirlər ki,yenə də erməni bayrağı altında və erməni qanunları ilə yaşayacaqlar və ruslar da bunları ömürlük təminata götürüb,müdafiə edəcəklər.
Ruslar indiki anda o ərazilərdə ən çox 30 min erməni yerləşdirə bilərlər.
Bəs sonra nə olacaq?
Bu 30 min əhalini kim və hansı vəsait hesabına təmin edəcək.
Ermənistanın o vəsaiti yoxdu.Ruslara da belə maddi itkilərə getmək heç lazım deyil.
Xankəndinə yerləşən ermənilərin iş yerləri və qazanc yerləri əldən çıxıb.Döyüşlərin başlaması səbəbindən kənd təsərrüfatı məhssulları toplanmayıb və əllərində olan ehtiyatları da darmadağın olaraq itib batıb.Təqaüdçülərin təqaüdünü ermənistan ödəyə bilməyəcək.Ərazinin qazla təminat xərcini ermənilər ödəyə bilməyəcək.Qabağı qişa gedir və QARABAĞIN sərt qışı erməniləri donduracaq nəyi var.Geri qayıdanların əksəriyyəti qocalardı,gənclər demək olar ki,gözə dəymir.İş qabiliyyətli əhali artıq buərazilərdə öz gələcəyini görmür və düz də edir.
Ona görə də geri qayıdan ermənilər üçün narahat olmağa dəyməz.Bir müddət sonra onlar da xırda-xırda əriyib yoxa çıxacaqlar.Ən əsas isə xatalaı bizdən uzaq olacaq.
Ruslar orda nəsə problem yarada bilərlərmi?
Məncə yox…
Türkiyə yanımızdadır və sona qədər də yanımızda olacaqlar.
Bizim əsas vəzifəmiz isə işğaldan azad olunmuş ərazilərimizdə tezliklə infrastrukturun qurulması və məskunlaşmanın mümkün qədər tez başlanmasıdır.
Biz şox böyük,misilsiz bir QƏLƏBƏ qazanmışıq.
Bu QƏLƏBƏYƏ görə ALİ BAŞ KOMANDANIMIZA minnətdarıq.
Bu QƏLƏBƏYƏ görə ŞƏHİDLƏRİMİZİN RUHU QARŞISINDA BAŞ ƏYİRİK.
Bu QƏLƏBƏYƏ görə ŞANLI MÜZƏFFƏR ORDUMUZA borcluyuq.
ALLAH TÜRKÜ QORUSUN.