Müharibə artıq başa çatdı.Biz yeni dövrə qədəm qoyuruq.Yeni quruculuq dövrünə qədəm qoyuruq.Mən əminəm ki,mühabibə dövründə olduğu kimi,yeni quruculuq dövründə də biz bir yumruq kimi birləşərək,bu quruculuq dövrünü də uğurla başa vuracağıq.
Ali Baş Komandan İlham Əliyevin bu sözləri artıq azad olunmuş ərazilərimizdə yeni quruculuq işlərinə start verildiyinə bir işarə oldu.
Bərpa prosesi dövründə 7 şəhər,yüzlərlə kənd və qəsəbə yenidən tikilməli,infrastruktur bərpa olunmalı,sənaye və kənd təsərrüfatı sahələri yenidən qurularaq,işlək vəziyyətə gətirilməlidir.
Miqyasına görə görünməmiş həcmdə işlər görülməlidir.Sanki kiçik bir ölkə yenidən həyata vəsiqə alacaq.Həmin ərazilərdə ən azından iki milyon unsanın yerləşdiriləcəyi və yeni həyata başlayacağı şübhəsiszdir.
Ölkəmiz yaxın on il üçün sürətli iqtisadi inkişafın astanasındadır.
Bizə dost ölkələrin investorlarının bərpa prosesinə qoşulacagı şübhəsizdir. Milyardlarla dollar investisiya gəlməsi, bəlkə də neft bumunda olduğu vaxtdan daha cəlbedici bir inkişaf mühiti yaradacaq.
Əlbəttə Qarabağ bölgəsinin bütün iri şəhərlərinin tam bərpası ölkə rəhbərinin əsəs məqsədidir.
Lakin bu şəhərlər arasında Ağdamın yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir.
Çünki Ağdam Qarabağın qapısıdır.
Gələcəkdə Qarabağın dünyaya təqdimatı Ağdamdan başlamalı və Ağdamda da bitməlidir.
Ağdamın bərpa prosesində nələr nəzərə alınmalıdır?
Mənə elə gəlir ki, Agdamın yenidən tikilməsi zamanı erməni faşistləri tərəfindən dağıdılmış Ağdam Məscidi bərpa olunmamamı və gələcək nəsillərə erməni vandalizminin sübutu kimi saxlanılmalıdır. Ağdam Məscidi, məhşur Çay Evi, Mədəniyyət sarayı, Ağdam Univernağı,Poçt idarəsi – bütün bunlar bir ərazidə yerləşirdi və həmin ərazilərin toxunulmadan açıq səma altında bir muzey kimi qorunması vacibdir.
Yəqin ki, Ağdamın yeni layihəsi üzərində işləyən memarlar bu faktorları nəzərə alacaqlar.
Yeni tikiləcək Ağdam standart karopkalardan ibarət bir şəhər olmamalıdır.
Ağdamın tarixi ərazisində XXİİ əsrin modern bir şəhərini yaratmaq üçün gğzəl bir fürsət yaranıb.
Ərazilərin minalardan təmizlənməsindən sonra,çox böyük düzəngah bir inşaat meydançası əldə olunacaq.
Yaxşı olar ki, dünyanın ən aparıcı tikinti şirkətləri dəvət olunsun və ən son texnoloji yeniliklər tətbiq olunmaqla Modern bir şəhər yaradılsın.
Layihələndirmə zamanı şəhərin 50 bəlkə də 100 il sonrakı inkişaf prosesləri də əvvəlcədən nəzərə alınmaqla,ən xırda detallarına qədər hər şey nəzərə alınmalıdır.
Ağdamda ən azı 3 ya 4 Ali Təhsıl müəssisəsinin tikilməsi mütləqdir.Ağdam Qarabağın beyin mərkəzi olmalıdır.
Şəhərin tarixi ərazisində infrastrukturun bərpa olunması əlbəttə ki,müəyyən qədər vaxt aparacaq.Bundan sonra isə sürətli tikinti işləri başlayacaq.
Tikinti işlərini sürətləndirmək üçün,gələcəkdə Ağdamda öz biznesini qurmaq istəyən və öz vəsaitləri hesabına tikinti işləri aparacaq iş adamları indidən müəyyən olunmalı və gələcək şəhərin baş planına xələl gətirməyəcək ərazilərdə öz biznes obyektlərinin tikintisinə başlamaq üçün ərazilər ayrilmalıdır. Misal kimi Otellərin, Ticarət mərkəzlərinin,müəyyən ofislərin,ümumiyyətlə şəxsi biznesə aid tikinti işlərinin aparılmasında heç bir problem olmayacaq yəqin ki.Bu cərgədə Banklar, Sığorta şirkətləri də öz Baş ofislərinin yerləşdirilməsi barədə indidən fikirləşsələr yaxşı olar.
Ağdamda ən hündür bina 3 mərtəbə, az halda isə 4 ya 5 mərtəbə olmaqla layihələndirilməlidir.
Ancaq gələcək Qələbə Meydanı ərazisində bir ədəd 20 ya 25 mərtəbəli bina tikmək və son mərtəbəni baxış meydançası kimi ayırmaq olar ki, həmin meydançadan şəhər sakinləri və gələcək turistlər şəhərin ümumi görünüşünü rahatlıqla izləyə bilsinlər.
Əlbəttə şəhərin yaşıllaşdırılması,böyük park və istirahət zonaları diqqət mərkəzndə olmalıdı.
Mənə elə gəlir ki,yaxın 5 ildə dünyaya səs sala biləcək bir Ağdam şəhərini dünyaya təqdim edə bilərik.
Və edəcəyik də.
Mütləq edəcəyik.