Artıq 9 gündür ki,can Türkiyəmizdə meşə yanğınları davam edir. Türkiyədə bir cəhənnəm yaşanır.
Birdən birə 200-ə yaxın ayrı-ayrı ərazidə meşə yanğınlarının başlaması Türkiyə dövlətini çıxılmaz vəziyyətə salıb.Yanğınların böyük coğrafi ərazini əhatə etməsi olduqca böyük problrmlər yaradır. Dağlıq ərazilərdə yerləşən kəndlər alovların əhatəsində qalıb.İnsan itkiləri və xəsarət alanlar var.
İşin digər bir mürəkkəb hissəsi yanğınların turistik ərazilərə yaxınlaşması və çox sayda turistlərin həyatı üçün təhlukələrin yaranmasıdır.
Dövlət həm yanğının sönderelməsi,həm də əhalinin və turistlərin təhlukəsizliyini təmin etmək kimi problemləri həll etməlidir.
Şükürlər olsun ki,keçən müddətdə 180-dən çox yanğın ocağı söndürülüb və yaxud nəzarət altına alınıb.Təxminən 15 yanğın ocağının sönderelməsi üçün mücadilə davam edir.
Fəxrlə qeyd etməliyik ki, Azərbaycan çox böyük qüvvə ilə yanğının söndürülməsində Türk qardaşlarımıza yaxından kömək edirlər.
Təəssüf ki,əksər Avropa birliyi ölkələri və Amerika bu çətin günlərdə Türkiyənin yanında olmadılar.
Borclu borclunun sağlığın istər…
Digər bir utanc verici məsələ ermənilərin Türkiyədə baş verən bu fəlakətə qeyri-insani münasibətləridi.
Ermənistan toy-bayram əhval ruhiyyəsindədir. Yanğınları böyük sevinc hissi ilə izləyir, bir-birlərini təbrik edirlər.
Lənət olsun sizin insanlıq hisslərinizə.
Əsas məsələ…
Türkiyə niyə belə bir durumla üzləşib?
Türkiyənin cənub sahilləri böyek meşə sahələri ilə əhatə olunub və quraqləq dövrlərində bu ərazilər yanğın təhlukəsi üçün ideal ərazilər hesab olunur.Hər il bu ərazilərdə yanğın hadisələri baş verir və belə yanğınlar tezliklə söndürülərək,fəlakət həddinə çatmır.
Ancaq bu dəfəki yanğın miqyasına görə gözlənilməz oldu və Türk dövlətini çətin duruma saldı.
Eyni anda 200-ə yaxın müxtəlif ərazidə eyni anda yanğın başlaması bir terror idimi, Türkiyəyə yönəlmiş bir təzyiq vasitəsi idimi yaxud təbii fəlakət idi,bunu istintaq araşdırıb cavab verəcək.
Fakt odur ki, Türkiyə belə bir fəlakətə hazır deyildi.
Fəlakətin geniş miqyas aldığı vaxtda məlum olur ki, Türkiyənin yanğınsöndürən təyyarələri yoxdur. Üç təyyarə Rusiyadan kirayə götürülüb və buna görə Rusiyaya 25 milyon dollar ödəyib.
Türkiyə kimi dövlət üçün anlaşılmaz vəziyyətdir.
Belə boşluğun yaranmasında kimdi günahkar? Bu da araşdırılacaq və cavabı veriləcək.
İndikim anda isə Türkiyə ölduqca böyük iqtisadi itkilərlə üz-üzədir. Flora və faunaya sağalmaz zərbə vurulub.Turizm sektoru ciddi itkilərlə üzləşib.
Bərpa işləri böyük zaman və vəsait aparacaq.
Ancaq Türkiyəmiz ayaqdadır.
Yanğın da söndürüləcək,həyat öz axarına qayıdacaq.
İtkilər də bərpa olunacaq.
Bu faciənin ortalıqa çıxardığı başqa bir reallıq isə… Türkiyə bir daha dostunu və düşmənini tanıdı.
Tanrı Türkü qorusun.
Millət olaraq qardaşlarımızın yanındayıq.