Zaqatala şəhərinin düz mərkəzində möhtəşəm bir Alban məbədi var.
Var deməyə adamın dili gəlmir.Bəlkə də mövcudluğunun son illərini yaşayır.
Atılmış,unudulmuş,kimsəsiz lakin möhtəşəm bir tarixi abidə.
Üzərində heç bir bildiriş lövhəsi yoxdu.
Bəzi mənbələrdə V-Vİ əsrə aid olduğu,digər mənbələrdə isə 1830-cu ildə inşa olduğu bildirilir. Tikintisində Şərq memarlıq üslubu diqqət çəkir.Ancaq üzərində üç ədəd böyük xaç işarəsi hər tərəfdən müşahidə edilir.Giriş qapısı dəmir çərçivə ilə qapadılıb.
Nə qoruyan var,nə də təmir barədə düşünən.
Məbədin ətrafında isə sürətlə yeni ticarət obyektlıri tikilir və təmr edilir.
Mədəniyyət Nazirliyinin bu məbəddən xəbəri varmı,yoxmu,məlum deyil.
Təqdim etdiyimiz VİDEODA məbədin dəhşətli görüntüləri öz əksini tapıb.
təqdim edirəm,bəlkə kimsə ğörüb bir tədbir görər.