2022-ci il üçün təbriklərimizi göndərdik və təbriklərimizi aldıq. Hər təbrik xoş arzulardan ibarət oldu.
Düzdür, hər Yeni İl olduğu kimi, bu Yeni ildən də müxtəlif sürprizlər gözləyirdik.
Ərzağın qiymətində artımlar gözlənilən idi.Buna əlavə olaraq bir sıra xidmət sahələrində də qiymət artımı barədə məlumatlar yayıldı.
Belə qiymət artımarı gözlənilən idi və oldu da.
Lakin mənim üçün heç gözləmədiyim sürpriz barədə dünən eşitdim və həqiqətən təəssüf hissi keçirtdim.
Azərbaycan Sığorta sektorunun tanınmış sığorta eksperti Ali Felix Bayramov özünün FB səhifəsində bir status paylaşdı.
Oxford təhsilli, uzun illər Sığorta sahəsində müxtəlif yüksək vəzifələrdə çalışmış Ali Bayramov 5 illik işsizlikdən sonra, çarəni TAKSİ fəaliyyətinə başlamaqda gördü.
Yüksk ixtisaslı bir kadrın belə qərar verməsi həqiqətən gözlənilməz oldu.
Onun yazdığı statusu olduğu kimi paylaşıram.
Hörmətli vətəndaşlar, mən, Əli Bayramov 1982-ci ildə Göyçay şəhərində anadan olmuşam.
Həmin şəhərin 6 saylı orta məktəbində təhsil almışam. O zaman əla qiymətlər alan şagird olduğum üçün dövlətdən bonus alan iki nəfərdən biri olmuşam. Orta təhsil aldığım müddətdə sinif numayəndəsi kimi fərqlənmişəm və müxtəlif fənlər üzrə olimpiada çempionu olmuşam.
1998-ci ildə Oxford-a yola salınmışam və ciddi nəticələr əldə etmişəm.
İngiltərənin Kent Universitetinin maliyyə-iqtisad fakültəsini bitirmişəm.
Ölkə sığorta bazarında böyük təcrübəm var. Bir neçə böyük şirkətin rəhbər vəzifələrində təmsil olunmuşam. Sonuncu vəzifəm “Paşa Sığorta” ACS-nin İdarə Heyəti sədrinin 1-ci müavini olmuşdur.
2017-ci ilin iyul ayından etibarən işsizəm. Artiq 5-ci il tamam olmaqdadir. Avropada təhsil alıb, qayıdan zaman mənə dedilər ki, “ay Əli, qayıtma geri.” Mən isə “ bəs mən qayıtmasam, o biri qayıtmasa, onda vətən nə olacaq? Vətənə bilik və mütəxəssis gərəkdir.” Qayıtdım. Şərəfli və uğurlu illər, iş fəaliyyəti həyata keçirdim. 17 illik fəaliyyətimin nəticəsində sosial sığorta büdcəm 282.000 manat olub. Zamanla haqqım, hüququm tapdanıldı ki, bu barədə də düşünürəm, geniş açıqlamalarım olacaqdır.
Dolana bilmirəm.Çıxış yolu kimi sabahdan taksi fəaliyyətinə başlayıram.
Əgər taxsi lazım olsa, mənə müraciət edin-077-707-77-70 (xarici müştərilər, ingilis və rus dillərində sərbəst danışıram.)
Eşq olsun sənə, ay Azərbaycan hökuməti!
Eşq olsun sənə, ay Azərbaycan cəmiyyəti!