11.08.2020-ci il tarixdə “AtaSığorta” ASC-nin 2020-2022-ci illər üzrə Strateji Planı və yeni təşkilati strukturunun təsdiqlənməsi ilə bağlı səhmdarlarının ümumi yığıncağı keçirilmişdir. Direktorlar Şurasının və İdarə Heyətinin tərkibi tam olaraq formalaşdırılmışdır.
Yeni struktura əsasən, Direktorlar Şurasının müstəqil üzvü Ağakərim Məlik-Aslanov Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunmuşdur. Ağakərim Məlik-Aslanov maliyyə sektorunda uzun müddətdir fəaliyyət göstərir.