Əgər bacarırsan,ruhumu sev sən!
Ona sahib olsan, cismim sənindir!
Qadının mənliyin görməyən kəsin,
istəyi şəhvətdir, dərdi mənimdir!
Ruhumu sev mənim, ruhumu oxsha
,Bir shirin kəlməylə, bir zərif sözlə,
Əlin bədənimdə gəzsə də, yenə,
Mənə sevirəm de, baxışla, gözle!
Səsini səssizcə duyum qoy, sənin,
Sukut nəğməmiz də beləcə dinsin!
Bir anliq həzz uçün yanmayaq,
gulum,İmkan ver, eşq qoxun ruhuma sinsin!
Ruhuma aşiq ol, ömrümü gəl, al!
Şah damarda axan al qanım ol sən!
Mənə şöhrət, zinət, pul gərək deyil,
Cəsarətin varsa, ruh verəcəksən!
Ruhum azadlığım, ruhum yəminim!
Son nəfəsdə belə, sədaqətimdir!
Məni beləcə sev, əgər sevərsən,
Sevgi kölə deyil, Ədalətimdir! TR