Azərbaycanda 7 sığorta şirkətinin iştirakı ilə yaradılan “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC dövlət qeydiyyatına alınıb.
Eləcə də bax: Məşhur sığortaçıya yeni – VƏZİFƏ VERİLİB
FED.az xəbər verir ki, avqustun 31-də dövlət qeydiyyatına alınan sığorta şirkətinin qanuni təmsilçisi Kərimov Azər Əvəz oğludur.
Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 2 milyon 187,5 min manatdır. Hər bir təsisçinin payı 312,5 min manat nəzərdə tutulub. ASC AZ1026, Bakı Şəhəri Xətai Rayonu, Nobel pr., ev 175 ünvanında qeydiyyata alınıb.