Baki Nəqliyyat Agentliyi, Bakida taksi fəaliyyəti ilə bagli vahid çagri mərkəzi yaratmaq barədə konsepsiya irəli sürüb.Son günlərdə bu məsələ ciddi müakirələrə və taksi xidməti göstərən şirkətlərin naraziligina səbəb olub.Digər tərəfdən ucuz taksi xidmətindən istifadə edən müştərilər də vahid tarif mexanizmi tətbiq olunmasindan heç də razi qalmayacaqlar. Bu məsələdə BNA iddia edir ki, sektorda güclü rəqabət və aşagi qiymətlər mövcuddur, bir çox xarici şirkətlər bazarda qeyri-qanuni fəaliyyət göstərirlər,aşagi qiymət siyasəti ilə yerli şirkətləri sixişdirirlar və nəticədə qazandiqlari külli miqdarda vəsaiti ölkədən xaicə çixardirlar. Belədə haqli bir sual meydana çixir… Necə olur ki, xarici bir şirkət Azərbaycan bazarinda qeyri-qanuni fəaliyyət imkani qazanir? Bu məsələyə nəzarət etməli olan orqanlar niyə müvafiq tədbirlər görmürlər yaxud belə xarici şirkətlərin fəaliyyətini niyə qadagan etmirlər? Digər tərəfdən əgər qiymətlər həqiqətən çox aşagidirsa,niyə taksi sürücüləri bu tariflərlə fəaliyyət göstərirlər? Hikmət Babayevin təbirincə,əli bir işə çatmayan kreditlə avtomobil götürüb,taksi fəaliyyəti göstərir. Bəs belə şəxslər o krediti necə ödəyirlər? Həqiqətən də pandemiya dövründə işini itirən bir çox vətəndaşlar son şixiş yolu kimi taksi xidmətini seçiblər və bu yolla müəyyən vəsait qazanib ailələrini dolandirirlar. Belə bir vaxtda taksi xidmətini bir mərkəzdə birləşdirib, vahid tarif sistemi tətbiq etmək vəqiymətləri artirmaq müştəri itkisinə və bir çox kiçik taksi şirkətlərinin baglanmasina səbəb ola bilər. Bu halda isə iri şirkətlər bazari ələ keçirib qiymətləri daha da artiracaqlar və xidmət səviyyəsi isə aşagi düşəcək. Məncə belə məsələlərdə yüz ölçüb, bir biçmək daha məsləhətli bir iş olar.