Dünən səhər saatlarinda BakuBus-un 24 sayli marşrutu üzrə hərəkət edən avtobusunda yangin baş verib. Xoşbəxtlikdən sərnişinlər arasinda xəsarət alan olmayib. Sürücünün vəziyyəti düzgün qiymətləndirməsi və sərnişinləri təcili təxliyyə etməsi faciənin qarşisin alib. Ancaq avtobusun tam siradan çixmasi faktdir. Əlbəttə nəqliyyatin mövcud oldugu yerdə gözlənilməz hadisələrin olmasi qaçilmaz haldir. Ancaq bu avtobuslarin cox bahali olmasi müəyyən suallar yaradir.Səhv etmirəmsə bu avtobuslarin qiyməti 300000 avro yaxinligindadir. Və bu tip nəqliyyat vasitələrinin Kasko sigortasi olmasi vacib məsələdir. Maraqlidir, görəsən BNA öz avtobuslarini Kasko sigorta etdiribmi? Belə bir avtobusun tam Kasko sigortasi təxminən 15000 – 18000 manat sigorta haqqi ilə mümkündür. Bütün avtobus parkini sigortalatmaq olduqca böyük vəsait tələb edir. Yəqin ki,araşdirmalar nəticəsində bu tip suallar da cavabin tapacaq.