Məktəblər açılmamış 9-10-11-ci sinif qızlarının abort sayı açıqlanmalıdır! Bu dəhşətdir, dostlar! Bu faciədir! Cinsi istək idarəolunabilən məhfuma çevrilsin uşaqların gözündə! Azyaşlılar nəzarətdə saxlanılsın! Müəllimlər “onun anası da yönlü biri deyil!” təfəkküründən qurtulsun! Ginekoloqlar pul xətrinə bu körpələri kor qoymasın! Məsələ ictimailəşsin! Bu qədər də çirkinləşməyək! #abort#TəhsilNazirliyiBu cür məsələlərə dırnaqarası baxmaq olmaz! Hətta o uşaq “ələgəlimli”, “gözəgəlimli” olsa belə!!! Ey müəllimlər! Həkimlər!!! Sizin vicdanınız hara baxır ki, buna göz yumursunuz! Bu “psixoloji intahar” deməkdir!Biz nə üçün belə məsələlərdə səs çıxarmırıq?! Bunu da lağlağıya çevirək ki, diqqət çəksin?!Evində qızı olmayan MƏN narahat oluramsa, anlayın ki, məsələ heç də 3-5 nəfərdən (bahalı şəhər məktəbindən) getmir! Azyaşlı qızların cəhalətlərini BÖYÜKLƏRİN ÖRT-BASDIR etməsi “yol(lu)suzluğa” işıq tutmaq deməkdir! Və HEÇ BİR HALDA O UŞAQLAR GÜNAHKAR elan edilə bilməz! GÜNAHKAR SİZSİNİZ-BİZİK-BÖYÜKLƏRDİR! Əlinizi vicdaniniza qoyun, gəlin, bu uşaqlara bir gün ağlayaq..
(Azad seksin də bir yaşı olmalıdır!)
Hörmətlə
Psixoloq Əfsanə Rüstəmova