Növbəti həftə üçün Qərargahdan “rayonlara avtobuslarla da gedə bilərsiniz amma avtobusda sərnişin tutumu 50% azaldılmaq şərti ilə, yəni tutaq ki, 40 oturacaq yerli avtobusda 20 nəfər olmaqla” qərarını gözləyən bir ədəd Əzizə.
Sağ olsunlar, brifinq də etmədilər ki, cavab verməsələr belə, “şəhərdə insanlar avtobusda preslənib gedirsə, niyə rayona tutumun tam yarısı qədər adam gedə bilməz? ” sualını verib rahat olardıq…
P. S. Başa düşüləndir ki, (səbəb bu olmaya da bilər) daşıyıcılara 40 adamlıq avtobusda 20 nəfər aparmaq sərf etmir. Xərci borcunu ödəmir. Amma başa düşülən deyil ki, bəs niyə rayonlara 6 manatlıq yolu 20-30 manata aparan taksilərdə 5 nəfər gedəndə heç bir yoluxma olmur, elə 6 manata avtobus işləsə yoluxma yada düşür?
Bir də anlaşılan deyil ki, şəxsi maşını və taksiyə verməyə pulu olmayan biçarə vətəndaşlara rayondan şəhərə gedib gəlmə haqqı nə vaxt veriləcək?
Əminəm ki, Qərargah bu suala mütləq necəsə bir cavab verərdi brifinq olsaydı…
Başqa da nə qədər sual vardı cavab gözləyən…
Belə baxsaq, neynillər e, brifinqi? Gömrüyün limit məsələsi bir yandan, BNA-nın taksi haqq-hesabı o biri yandan insanları təbdən çıxarıb. “Biz elə demirdik, siz düz başa düşməmisiniz.
Bəzi adamlar qərəzli mövqe sərgiləyir” variantları da keçmir. Bu bashabasda nə brifinq? Belə daha yaxşıdır. Qərar açıqlanıb. Hərə öz bildiyi kimi şərh edir, kimin ağlı necə kəsir, elə də edir.
Yamana yetəndə İXM nə günə durub bə orda? Niyə belə eliyirsiz axı? Axı niyə belə olmalıdı?…