Keçən ilin dekabr və 2020-çi ilin yanvar aylarinda ajiotaj səviyyəsinə çatmiş Əmlakin icbari sigortasi üzrə satişlarin artmasi, o dövr üçün hətta əhalinin geniş narazılığına gətirib çixartmışdı.Mətbuatda əmlakini icbati sigortalamayan vətəndaşlarin cərimələnəcəyi barədə məlumatlarin yayilmasi,bu məhsulun satışını agıla gəlməz dərəcədə artırmışdi. Ancaq sonradan İSB-nin hər hansi bir cərimə mexanizminin olmadigi barədə açıqlamasindan sonra, bazarda yenidən bir süstlük yarandi.Elə həmin vaxtlarda tam çilpaqlıgı ilə aydin oldu ki, əhalimiz könüllü surətdə hər hansi bir sigorta məhsulunu almaqda maraqli deyillər.Hətta ilin əvvəllərində mətbuata belə bir məlumat sızdırıldıki, deməyəsən Sıgorta şirkətləri bilərəkdən cərimə söhbətini ortaliga ataraq, insanlarin məcubiyyətindən istifadə edib külli miqdar pul qazanmaq məqsədi güdürmüşlər.Düzdü bu söz-söhbət tezliklə unuduldu.Ancaq Əmlakin icbari sigortasi məhsulunun satışı da tam olaraq dayandi.
Məsələnin kökündə yeni Milli Məclisin formalaşdirilmasi və qanunvericilik səviyyəsində bu məsələyə bir aydinlıq və nizam intizam gətirilməsi dururdu. Ancaq bütün dünyani aguşuna almiş Pandemiya problemi hər işdə oldugu kimi, Milli Məclisin işlərini də öz axarindan çixartdi.Əksər iş yerlərinin baglanmasi, iqtisadiyyatda yaranmiş durgunluq yəqin ki, yaxin vaxtlarda Milli Məclis tərəfindən Əmlakin icbari sigortasi sahəsində yaranmış suallarin həllini mümkünsüz edəcək.
Belə bir şəraitdə aydındır ki, keçən il əmlak üzrə baglanmış müqavilələrin, yenilənməsini sual altina alir. Belə bir vəziyyət isə Sigorta şirkətləri üçün heç də arzuolunan hal deyil.
Vəziyyətdən çıxış yolu varmı?
Məncə satişlari keçən ilki səviyyəyə çatdirmaq mümkün olmasa da,bazarda müəyyən aktivliyi bərpa etmək olar.
Bunun üçün Sıgorta şirkətləri ləngitmədən İcbari Əmlak sigortasinin təbliginə və sıgorta maarifləndirməsinə start verməlidirlər.
Gəlişi gözəl sözlərlə, reklam xatirinə reklam kampaniyasi ilə yox… əhalinin başa düşəcəyi və qəbul edəcəyi bir tərzdə.
Sıgorta şirkətlərinin indiki durumunu müşahidə etdikdə, şirkətlər tərəfindən belə bir fəalligin başlanacagina az inanirm. Çünki şirkətlərin başlari daha “vacib” məsələlərə qarışıb. Əlbəttə “vacib” məsələləri də həll etməl lazımdir. Ancaq şirkətlər üçün böyük maliyyə ehtiyati yarada biləcək Əmlakin İcabi sıgortasi məsələsini də taleyin hökmünə buraxmaq olmaz.
Hər ötən gün, bərpasi mümkün olmayacaq bir itirilmiş vaxtdir.
Şahin İsmayilov.