Bir neçə gün əvvəl özünün 28 yaşını qeyd edən “Günay Sıgorta” şirkəti belə görünür ki, fəaliyyətində əsasli dönüşlər etmək fikrindədir. Son zamanlar sıgorta bazarinda yaranmiş süstlük və sıgorta şirkətlərinin ümumiyyətlə bütün istiqamətlər üzrə passiv mövqe nümayiş etdirməsi,sıgorta məhsullarinin satışından tutmuş əhalinin sıgortaya inamınin itməsinə qədər heç də xoş olmayan bir nəticələrə gətirib çixardib. Əlbəttə belə nəticənin yaranmasinda pandemiya probleminin olmasi da öz sözünü deyir.
Ancaq bu o demək deyil ki, qazanilmiş bütün nailiyyətlər itirilməli və sonradan hər şey sifirdan başlanilmalidir.
Son nəticələrin analizi göstərir ki, avtomobillərin icbari sigortasi üzrə zərərliyin maksimum həddə çatmasi, bir çox şirkətləri öz satış siyasətlərinə yenidən baxmaga vadar edib. Ayri – ayri şirkətlər bu istiqamətdə qanuni ya qeyri qanuni müəyyən dəyişikliklər ediblər ya etməyə məcbur qaliblar. Kiçik həcmli avtomobillərin icbari sigortasindan imtina edilməsi, bu tip avtomobillərin sigorta satışına görə komissya verilməməsi yaxud azaldilmasi, şirkət rəhbərlərinin fikrincə onları iflasdan xilas edəcək. Məncə tam yanlış siyasətdir. Bunun əvəzinə bazarin durumunun analiz edilməsi, qəza hadisələrinin artim tendensiyasinin araşdırıilamasi, səbəblərin aradan qaldirilmasi üçün müəyyən fəaliyyət proqramının hazirlanmasi əvəzinə, müştəriyə sigorta tələbi qarşısında imtina vermək, ümumiyyətlə o şirkətin nüfuzdan düşməsinə, hətta bazardan çıxmasina gətirib çixarda bilər.
Bu barədə çox danişmaq olar. Mənim indiyə əsas məqsədim bu deyil. Əsas məsələ diqqəti “Günay Sıgorta”ya yönəltməkdir.
Artiq hər kəsə məlumdur ki, son ongünlükdə bu şirkətdə əsasli dəyişikliklər gedir. Bir çox yüksək vəzifəli şəxslər şirkəti tərk edib və əvəzində daha operativ bir kollektivin təşkilinə start verilib. Belə bir prosesin başlamasi bu şirkətə olan ümidləri artırır.
Mənim özümün də bu şirkətlə əməkdaşliq müqaviləm oldugunu nəzərə alsaq,belə bir dəyişikliklərin edilməsi məni çox sevindirir.
Yəqin ki,yaxin günlərdə şirkətin fəaliyyət konsepsiyasi açıqlanacaq və əsaslı yeniliklərin şahidi olacagiq.
Hələlik isə “Günay Sıgorta” rəhbərliyinə və kollektivinə, yeni fəaliyyət istiqamətində xidməti olacaq hər kəsə ugurlar arzulayiram.
Şahin İsmayilov.