Son dövrlər Azərbaycan – Ermənistan sərhəddi boyunca, Tovuz bölgəsində baş vermiş erməni təxribati hərbi siyasi vəziyyətin çox gərgin bir stadiyada olduguna bir sübutdur. Tovuz bölgəsində ermənilərin sarsidici zərbə almasina baxmayaraq,hələ də təxribatları davam etdirirlər və döyüş bölgəsində atişmalar davam edir. Türkiyə -Azərbaycan birgə hərbi təlimlərindən sonra, Rusiyanin erməniləri sürətlə silahlandirmaga başlamasi, mənfur düşmənin hələ də agillanmadigini və yeni daha böyük təxribatlara gedəcəkləri şübhəsini yaradır. Əlbəttə Ordumuz bu kimi vəziyyətlərə tam hazırdi və istənilən hücuma sarsıdıcı cavab zərbəsi vurmaq imkanındadır.
Narahatlıq doguran başqa bir məsələ var ki, indiki anda bəlkə də diqqətdən kənarda qalıb ya tamam unudulub.
Məlumdur ki, müasir müharibələr artiq yeni texnologiyalar müharibəsidir. Döyüşən tərəflət əksər hallarda cəbhə xəttinin arxa hissəsinə,uzaqvuran silahlardan atəş açmaqla həm iqtisadi zərbələr həm də əhali arasinda böyük itki və çaxnaşmalar salmaq taktikasindan istifadə edə bilərlər.
Bu halda əhalinin mülki müdafiəsi məsələsi ön plana çixir.
Hələ Sovet dövründən bilirik ki, Baki şəhəri NATO qüvvələrinin ilk zərbə endirəcəkləri 10 iri şəhərlər siyahısında olub və ona görə də Bakının Mülki Mqdafiə strategiyasi Sovet rhbərliyinin diqqət mərkəzində olub. O dövrdə Baki ən ciddi qorunan şəhərlərdən biri idi.Şəhərdə saysiz hesabsiz mülki müdafiə siginacaqlari, xüsusi hazırlanmiş zirzəmilər mövcud idi. Və daimi olaraq nəzarətdə saxlanilib, istifadəyə yararli vəziyyətdə qorunurdu. Sovet dövrünün başa çatmasi, həmin sahələrin də mühafizəsini unutdurdu və tamamilə siradan şixartdı.
Aydin məsələdir ki, Baki, Sumqayıt, Mingəçevir, Gəncə, Şirvan şəhərləri və digər iri sənaye mərkəzləri düşmənin zərbə vurmaq iddiasinda oldugu ərazilərdir. Belə şəhərlərin etibarli müdafiəsi və mülkü müdafiə obyektləri araşdırılib, təyin olunmali, təyinatı üzrə istifadəyə hazırlanmalidir.
Əksəriyyət belə obyektlər qanuni və ya qeyri-qanuni olaraq ya alinib, ya zəbt olunaraq, kommersiya profili üzrə fəaliyyət göstərirlər. Mülki müdafiə təşkilatlari bu kimi obyektləri aşkarlayaraq, iş adamlari ilə söhbətlər aparmali, onlara vəziyyəti izah etməli və zərurət yaranarsa, həmin obyektlərin təyinati üzrə istifadə ediləcəkləri ilə baglı bilgilər verməlidirlər.
Ümid edirik ki, vəziyyət o həddə gəlib çatmaz.
Ancaq ehtiyat da igidin yaraşigidir.