Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, Sulutəpə qəsəbəsində mübahisə zəmnində bıçaqlanan 1982-ci il təvəllüdlü Məmmədov Rüstəm Şamxal oğlu tanışı tərəfindən bıçaqlanıb və təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onda böyrək nahiyəsinin daxilə nüfuz edən bıçaq yarası aşkarlanıb.
R.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.
Polis hadisənin təfərrüatını araşdırır.