Son günlərdə ən çox müzakirə olunan məsələlərdən biri də Azərbaycan sərhədd qapılarının nə zaman açılacagı barədə suallar ətrafındadır. Belə ki, pandemiya təhlukəsinin sovuşması və yay fəslinin gəlişi ilə əlaqədar olaraq, artıq 3 ildir qapalı olan sərhədd qapılarının açılması məsələsi gündəmi zəbt edib. İnsanların quru yolu vasitəsi ilə qonşu dövlətlərin ərazisinə keçmək,istirahət yaxud iş səfərləri etmək kimi təlabatlarını qarşılamaq üçün quru yollarının açılması labüd məsələdir.
Maraqlı olan odur ki,artıq bir sıra millət vəkilləri də bu barədə danışmağa başlayıblar.Bu məsələni gündəmə gətirirlər. Təssüf ki, Operativ Qərargah sərhədd qapılarının açılması barədə hansısa bir açıqlama vermir.
Məsələyə yanaşmada müxtəlif saytlar,xəbər portalları öz mülahizələrini irəli sürür,hər kəs problemi öz bildiyi kimi əsaslandırır,müxtəlif fikirlər irəli sürürlər. Nəticədə isə reallığa uyğun olmayan müxtəlif söz-söhbətlər və suallar yaranır. Əsas sual isə belədir… Necə olur ki, ölkəni təyyarə vasitəsi ilə tərk etmək olar,anaq şəxsi avtomobil və avtobus vasitəsi ilə olmaz… Bu sualın tutarlı bir izahı yoxdur.
Görünür ki,məsələ o qədər də sadə deyil…
Təsəvvür edək ki, iuynn ayının 25-dən etibarən, Gürcüstan, Rusiya və İran ilə quru sərhəddlərinin açılması barədə qərar elan olunur…
O halda nə baş verəcəyini təsəvvü etmək belə dəhşət dogurur…
Niyə???
Icazə verin,kiçik bir haşiyə qeyd edim…
Yəqin ki,hamımızın yadındadır.
Bir neçə il əvvəl Göy-Göl istirahət kompleksinin təmir olunaraq, insanların istirahəri üçün açıq elan edilməsindən sonra nələr baş verdi?
Bu elandan təxminən 10 gün sonra, biz də avtomobil ilə Göy-gölü görmək üçün o əraziyə səgər etdik. Və getməyimizə də peşiman olduq. Toğana kəndinə bir neçə kilometr qalmış, artıq hərəkət mümkün deyildi.Minlərlə avtomobilin o əraziyə düşməsi səbəbindənelə bir tıxac yaranmışdı ki,geri qayıtaq üçün bir neçə saat vaxt itirdik və növbəti Göy-Göl səfərimiz yalnız bir ildən sonra baş tutdu.
Bunu niyə yazdım?
Deməli sərhəddlər açıq elan edilir və yüz minlərlə Azərbaycan vətəndaşı sərhədd keçid məntəqələrinə üz tutur.
Mən bunu təsəvvür etmək belə istəmirəm.
Sərhədd xidməti bu axını qarşılamağa hazırdırmı?
Gürcüstan tərəfi bu axını layiqincə qarşılaylb,ölkə ərazisinə buraxa biləcəkmi?
Sərhədd məntəqəsinə daha tez çatmaq üşün gecə ilə yola çıxan sürücülərimizi təsəvvür edin. Yollarda qəza hadisələrinin kütləvi arta biləcəyini nəzərə alın…
Bütün bunları nəzərə alara belə bir nəticəyə gəlmək olar, heç kimin xoşuna gəməsə də…
Sərhəddlərin açılması nəticəsində, ən zaı 2.5 – 3 milyon insanın Gürcüstana səfər edə biləcəyi realdır. Rusiya və İranı da nəzərə alsaq, bu rəqəmin 5 milyonu keçəcəyi gözləniləndir. Bu qədər insanın ölkədən ən azından 1.5 – 2 milyard dollar çıxaracağı heç bir şübhə doğurmur.
Ona görə də avqust ayının axırına kimi quru yollarının açılması barədə hər hansı bir qərarı gözləməyə dəyməz.
Payız aylarından yollar açılacaq və yavaş-yavaş hər şey qaydasına düşəcək.
3 il dözmüsünüz, bir neçə ay da yola verin, vəssalam.