Ləğv prosesində olan ASC “Standard Insurance” sığorta şirkətinin kreditorlarına müraciət edilib.
Eləcə də bax: “Standard Insurance” müflis elan edilib – Ləğvetmə Komissiyası Yaradılır
FED.az xəbər verir ki, iflas prosesində olan ASC “Standard Insurance” sığorta şirkətinə qarşı tələbi olan fiziki və hüquqi şəxslər bu elanın dərcindən 60 təqvim günü ərzində tələblərini şirkətin ləğvedicisinə (Ünvan: Bakı şəhəri, Ş Bədəlbəyli küçəsi, 96) yazılı şəkildə təqdim etməlidirlər.
Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 saylı, 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə ASC “Standard Insurance” sığorta şirkətinin müflis elan edilməsi qərara alınıb. Həmin məhkəmənin 17 avqust 2020-ci il tarixli qərarına əsasən, sığortaçının ləğvetmə komissiyasının tərkibi müəyyən edilib.