Qarabağ istiqamətində Milli Ordumuzun əks hücuma başlamasından keçən 3 gün ərzində ölkəmizin gündəmi yalnız və yalnız cəbhə xəbərlərinə köklənib.Bu da təbiidir.Çünki ilk günlərdə ard arda gələn qələbə xəbərləri insanlarımızı elə bir pozitiv əhvala yüklədi ki, bunu təsəvvür etmək belə çətin məsələdir.Fizuli və Cəbrayıl rayonları ərazisində 7 kəndin işgaldan azad olunması, bir çox strateji yüksəkliklərin nəzarətə götürülməsi qələbənin çox yaxinda olmasına bir işarəidi.
Müəyyən məqamlarda bir çox xəbər agentlikləri Fizuli rayon mərkəzinin qoşunlarımız tərəfindən azad olunması barədə xəbərlər paylaşsalar da, bu xəbərlər rəsmən hələ ki, təsdiq olunmayıb.Bunun əvəzində Agdərə istiqamətində bir çox erməni hərbi hissələrinin darmadagın edilməsi,yeksək rütbəli erməni hərbçilərinin məhv edilməsi,erməni zirehli texnikalarının və canlı qüvvələrinin məhv edilməsi xəbərləri öz təsdiqini tapdı.
Belə məqamda aşkar görünür ki, hərbi rəhbərlik mükəmməl hazırlanmış və yüksək səviyyədə təsdiq olunmuş əməliyyat planı üzrə hərəkət edir.
İlk günlərin ugurları kifayət qədərdivə bu ugurlar günbəgün artacaq.Yaxın günlərdə daha böyük ərazilərin azad olunması barədə xəbərlərə də sevinəcəyik.Buna şübhəmiz yoxdu.
Əhalinin bilməli oldugu bir məsələ var. Yaddan çıxartmayaq ki biz hücum edən tərəfik və qarşımızda ermənilərin 30 il boyunca tikib hazırladıqları müdafiə səngərləri mövcuddur.Bütün istiqamətlərdə,bir birinin ardınca 4-5 mərhələli müdafiə xəttlərinin mövcud olmasi,əlbəttə ki, Milli Ordumuzun sürətli hərəkətini məhdudlaşdıran səbəblərdən biridir.
Əlbəttə 300 tank ilə bir gün ərzində Xankəndini götürmək olar.Ancaq belə bir hücumda biz ən azından çox böyük itkilərlə üzləşəbilərk.Bu cür hücum taktikası bizə lazımdirmı? Əlbəttə yox… İndiki anda erməni hədəfləri nöqtəvi zərbələrlə vurulur, Ordumuz üçün təhlukəsiz yol açilir.Və tam əminliklə demək olar ki, belə möhtəşəm bir əməliyyat getdiyi vaxtda, itkilətimiz olduqca azdır və bu çox sevindirici haldır.
Şəhidlərimiz var, qazilərimiz var…
Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onlar Vətən üçün fikirləşmədən həyatlarını qurban veriblər.
Cəbhədə döyüşlər davam edir. Hər an ugurlu hücum əməliyyatları barədə xəbərlər alırıq və belə xərəblər hər gün gəlməkdə davam edəcək.
Bizim üzərimizə düşən vəzifə arxa cəbhədə fəaliyyətimizi yalniz qələbə üçün, Ordumuz üçün səfərbər etməkdir.
Ordu öz işini görür və ugurla irəliləyir.
Ordumuza ugurlar arzulayib, Qələbə anını gözləyək.
O gün çox yaxındadır.
Şahin İsmayılov.