Yəqin ki,kimsə unutmaz.Keçən il elə bu vaxtlar Azərbaycan Sığorta bazarında görünməmiş bir canlanma yaranmışdı.Mənbəyi məlum olmayan xəbərlərə əsasən, Yeni il ərəfəsində əmlakını İcabri Sığorta etdirməyən vətəndaşlar cərimə edləcəkləri ilə bağlı xəbərdarlıqlqr almağa başladılar.Belə xəbərlərdən sonra Sıgorta Şirkətlərinin Əmlakın İcbari sığortası məhsulunun satışları fantastik bir həddə çatdı.
Sonaradn məlum oldu ki, hələ vətəndaşların cərimələnməsi mexanizmi hazır deyil və heç kimsə də cərimələnməyəcək.
Ancaq panika öz işini görmüşdü və ölkə əhalisinin çox böyük qismi İcbari Əmlak sığortası məhsulu barədə məlumatlandırıldı.İttəyən və istəməyən əhali isə əmlakını sıgortalatdırdı.
O proseslərdən artıq bir il keçir.Keçən il bağlanmış müqavilələrin yenilənməsi prosesi başlayır.
Satışlara nəzər saldıqda isə tam əksi müşahidə olunur.
İnsanlarımız İcbari Əmlak sıgortalarını yeniləməkdə maraqlı görünmürlər.
Səbəb aydındır.
Cərimə mexanizmi yenə də yoxdur və cərimə yoxdursa,sıgorta nəyə lazımdır.
Əksəriyyət bu cür düşünür.
Bəs reallıq nə deyir?
Bir faktı nəzərinizə çatdırım. Kecən il satış etdiyim müştərilərim arasında il ərzində 22 sıgorta hadisısi baş verib.Bu vətəndaşlarımız əmlaklarına dəymiş ziyanı sıgorta şirkətlərindən alıblar.Əsas odur ki,heç bir süründürməçilik halı olmadan və vaxtında.Buinsanlar çox razıdırlar və sıgortalarını yeniləyəcəklərini əvvəlcədən bildiriblər.
Amma əksər müştərilərim inadla imtina edirlər və sıgortalanmaqda bir fayda görmürlər.
Daha bir fakt isə məhz bu gün ilə əlaqədardı.
Bu gün Bakı şəhərində şiddətli yağış yağması bir çox yaşayiş evlərində su basmaya səbəb olub.Gün ərzində 5 müştərim mənə bu barədə məlumat verib.
Və…
Xoşa gəlməyən hal ondan ibarətdir ki, bu beş nəfərdən ikisinin əmlak sıgortası bir neçə gün əvvəl başa çatıb.Həmin müştərilərimə bir ay əvvəl müraciət edərək yenilənmə barədə məlumat vermşdim.Təəssüf ki, onlar imtinaa etmişdilər.
Və bu gün mənə müraciət edərək təcili onların əmlakına sıgorta yazmagımı xahiş edirdilər.
Maraqlı vəziyyət yaranır.Bəzən insanlarımız fikirləşirlər ki,istədikləri vaxt Sıgorta Şirkətlərini aldada bilərlər, hadisə baş verdikdən sonra sıgorta məhsulu alıb, ziyanlarını baglaya da bilərlər.
Belə deyil dostlar.
Hər çey vaxtında olmalıdır.Ümumiyyətlə sıgorta sahəsində hər hansı fırıldaq cəhdi cinayət məsuliyyəti yaradır və belə işlərdən maksimum uzaq olmaq məsləhətdir.
Deyəcəyim odur ki, Əmlakınızın dəyərini bilin.
Günümüzdə sizlərə dəyə biləcək ziyanın qarşılanması yalniz və yalnız Sığorta Şirkətləri vasitəsi ilə mümkündür.
Bunu unutmayın və siğorta işinə məsuliyyətlə yanaşın.