Delfinlər çox qəribə canlılardır. Delfinlərlə insan arasında gizli bir bağ var. Onlar da diri bala doğurlar. Balalarını süd verərək böyüdürlər. Sutkada 8 saat yatırlar. Balaları doğulanda başlarında eynilə insandakı kimi saç olur. Böyüdükcə bu tük qatı itib gedir. Dadı hiss edirlər. Turş, şirin, duzlu qidanı ayıra bilirlər. Delfinlər insandan sonra yeganə canlılardır ki, təkcə nəsil artırmaq üçün deyil həm də həzz almaq üçün sevişirlər. Delfinlərin çıxardığı uşaq səsinə bənzər səs insanda bir çox xəstəlikləri müalicə edir. Buna tibbdə delfinoterapiya deyirlər. Delfinlərlə insanlar arasında qəribə bağlılığı daha bir məqam sübut edir. Delfin çox güclü və yırtıcı bir canlı olmasına baxmayaraq insana qarşı çox mehribandır. Delfinlə qarşılaşdıqda akulalar dərhal geri çəkilərək özlərini qorumağa çalışırlar. Təsadüfi deyil ki, delfin qida piramidasında akulalardan üstdə dayanır. Ancaq insanla rastlaşdıqda delfin sanki dostunu görürmüş kimi rəftar edir. Alimlər sübut edib ki, delfinlər insanlarla dostlaşaraq bir müddət keçdikdən sonra onları yadda saxlayaraq tanıya bilirlər. Ümumiyyətlə alimlər delfinlərin əcdadlarının quruda yaşadığı qənaətindədirlər. Bəzi alimlər isə insanın əcdadının sudan quruya keçdiyi hipotezini irəli sürürlər. Hər iki tərəf öz mülahizələrinə sübut kimi delfinlə insan arasındakı bağlılığı misal gətirirlər.