İztv.az saytinda bu gün dərc etdiyim “Javid Yahya Najafov şikayət edir” başlıqliı yazim, heç gözləmədiyim anda, həm mənim üçün, həm də müştəri üçün çox gözəl bir nəticə verdi. Yazı dərc olunduqdan 15 dəqiqə sonra “Baki SIgorta” Şirkətinin “Biznes Inkişaf Departamenti”nin rəisi Samira xanim Məmmədova operativ olaraq reaksiya verdi. Samira xanim mənimlə əlaqə saxlayaraq, məsələ barədə ətrafli məlumata malik olmaq istədiyini bildirdi.Və prosedura uygun olaraq, müvafiq tədbirlər görüləcəyini bildirdi. Javid bəy ilə Samira xanimi əlaqələndirdim və məsələnin bir başa öz aralarinda aydinlaşdirilmasini xahiş etdim. Əlaqə yaradildi və işin növbəti gedişləri barədə razıliga gəldilər. Və əlbəttə ki,mən də bu problemin həllini diqqətdə saxlayacam və əlavə məlumat verəcəm.
Ən əsas isə Samira xanım Məmmədovaya öz təşəkkürümü bildirirəm. Samira xanimin bu operativliyi müştəri məmnunluguna və “Bakı Sigorta” Şirkətinin nüfuzuna ən böyük töhfədir.
Hər bir sıgorta şirkətinin müvafiq departamentlərinin vəzifə səlahiyyətliləri işlərinə belə məsuliyyətlə yanaşarlarsa, nə sigorta bazarinda narazi müştəri olar,nə də müştərilərini itirən sıgırta şirkətləri.
Ümid edirəm ki, çox yaxin zamanlarda Azərbaycan sigorta bazarinda məhz belə sıgortaçi – sigortali münasibətlərinin şahidi olacagiq.