Hərbi sirlərdə EXIF data nədir?
Çəkdiyiniz şəkillər sadəcə görüntüdən ibarət deyil. Hər bir şəkil özündə görüntüdən əlavə müəyyən məlumat toplusunu daşıyır.
Müasir smartfonların əksəriyyəti şəkil çəkil zaman şəkilin çəkilmə ərazisini də qeyd alır. (location tag) Təbii ki, bu hal adətən GPS açıq olan halda baş verir. Lakin siz böyük ehtimal bundan xəbərdar olmursunuz.
Bu tag əsasən smatrfonun şəkli tanıması və kateqoriyalaşdırması üçün lazım olur. Exif data təkcə məkan məlumatı yox bir çox məlumatı özündə daşıyır. Məsələn, aşağıda 2 il əvvəl sərhəd bölgəsində çəkdiyim şəkili görürsünüz.
Əslində bu şəkli paylaşsam, heç bir hərbi sirr verməmiş kimi görünürəm. Amma şəklin exif datasını analiz edəndə solda qırmızı ərazidə tam təqiq en və uzunluq məlumatlarının verildiyini görürük. Bəli, bu tam dəqiq kordinatlardır.
Eyni zamanda Exif data bizə şəkili çəkən cihazla da bağlı bir xeyli məlumat təqdim edir. Exif datanı detallı təqdim edən bir sıra pullu tətbiqlər və həllər mövcuddur. Sözümü ona gətirmək istəyirəm ki, siz ola bilər ki, görüntü olaraq önəmli məlumat vermirsiniz, amma hərbi bir şəkil paylaşan zaman özünüz də görmədən Exif datası olan bir şəkli başqasına ötürə bilərsiniz.
Nəticələr isə ağır olur. Düşmən tərəf sadəcə kordinantı daxil etməklə, həmin ərazini vura bilər. Ona görə istənilən halda belə məlumatı paylaşmamağı tövsiyyə edirəm.
Ermənilər hərbi sirləri necə oğurlayır?
Ermənilər email ünvanlarına belə linklər göndərirlər, guya həmin linklərdə ölən ermənilərin məlumatı var. Linkə daxil olan zaman Google girişi tələb edən səhifə açılır. Bu çox məşhur Phishing haldıır. Yəni o səhifə Google – un saxta giriş səhifəsidir. Ora məlumatlarınızı yazsanız, hesabınız əldən gedəcək. Ümumiyyətlə hələ İyul ayında ermənilərin bütün kiber müdaxilə yolların araşdırıb, qorunma üsulunu videoya çəkib, paylaşdım. Təəssüf ki, çox az izlədi. Yenidən həmin videonu linkini rəyə atacam.