Düz yarım il öncə, hər bir saatdan bir Dünya ölkələri bir-biriləri ilə sərhədləri bağlayırdı. Mən isə avtomobilim ilə səyahətdə idim. Rusiya-Gürcüstan sərhəddində pasportumdakı İtaliya möhürünə görə (koronavirus İtaliyada tüğyan edirdi) və yüksək hərarət səbəbi ilə saxlanıldım. Ölkənin bütün xəbər saytları “Azərbaycanlı iş adamı koronavirus şübhəsi ilə saxlanıldı” başlıqlı xəbərlər dərc etməyə başladılar. 1gün sonra sərbəst buraxıldım və Türkiyəyə girdim. Geri dönüşdə isə Türkiyə-Gürcüstan sərhəddi bağlandı. 3gün “neytralkada” gecələdik. 200dən çox avtomobil sərhəd keçid məntəqəsinə yerləşmirdi. Sürücülərlə azuqəmizi bölüşürdük. Hər gün çəkiliş edib vəziyyətimizi hökümətə bildirirərək kömək istəyirdik. Mən isə geri Azərbaycana qayıdıb, oradan da Almaniyaya gəlməli idim. Nəhayət martın 14ü gürcü polisi 100ə yaxın maşını eşalon şəklində Gürcüstana oradan isə Azərbaycana keçirib sərhədçilərə təhvil verə biləcəklərini söylədi. Martın 14ü gecə saat 02:00da Batumi-Qırmızı körpü istiqamətində hərəkətdə olarkən, yolun kutaisi şəhəri ərazisindən keçərkən özümə bir qərar verdim. Azərbaycana keçib, karantində qalmalı və dünyanı bürüyən koronavirusun bitməyin gözləmək Almaniyadakı işlərimdə mənə ciddi zərbə vuracaq idi. Ona görə də Kutaisi havalimanına yön alaraq ilk təyyarə ilə Macarıstana uçdum. Macarıstan təyyarəni qəbul etmək istəmədi. Sonradan isə bu uçuşun son uçuş olduğunu əsas gətirərək təyyarəni qəbul etdi. Artıq ölkənin hava məkanının bağlanılması ilə bağlı Hökümət qərar vermişdi. Zolaqda sadəcə bir təyyarə qalmışdı. Almaniyaya uçuşu həyata keçirən təyyarəyə artıq minik başa çatırdı. Çox böyük çətinliklə uçuşa 8dəqiqə qalmış həmin reysə bilet alıb təyyarəyə mindim. Düsseldorf havalimanına enən bu son təyyarə idi. Almaniya da öz hava məkanını bağladı. Və nəticə etibarı ilə avtomobilim yarım ilə yaxın Kutaisi hava limanında, özüm isə Almaniyada qaldım. Nəhayət bir neçə dəqiqə bundan öncə dostların köməkliyi ilə avtomobilim yük maşınına yüklənərək Azərbaycana yola salındı. Və sabah artıq Bakıda olacaq. İndi isə növbə mənimdir. R.Quliyevin yarım il sonra – sabah ölkəyə geri dönəcəyi gözlənilirmi? Möhtəşəm geri dönüş nə zaman baş tutacaq?