• Haqqımızda
IzTv.az
Advertisement
  • Sığorta
  • Canlı
  • İqtisadiyyat
  • İş elanları
  • Avtomobil elanları
  • Ev elanları
  • Müxtəlif
  • Xeyriyyəçilik
No Result
View All Result
  • Sığorta
  • Canlı
  • İqtisadiyyat
  • İş elanları
  • Avtomobil elanları
  • Ev elanları
  • Müxtəlif
  • Xeyriyyəçilik
No Result
View All Result
IzTv.az
No Result
View All Result
Home İqtisadiyyat

Ekspert: Qiymətli kağızlar bazarı yenidən canlanır

Ekspert: Qiymətli kağızlar bazarı yenidən canlanır
62
VIEWS

Qiymətli kağızlar bazarı yenidən canlanır. Bazarın yeni iştirakçıları hansı perspektivlər vəd edir?

Ölkə iqtisadiyyatlarının inkişafını şərtləndirən vacib elementlərdən biri iqtisadi subyektlərin maliyyə resurslarına çıxışının asanlaşdırılması və resursların diversifikasiya edilməklə istifadəsində səmərəliyin artırılmasıdır. Bu baxımdan, kapital resurslarının iqtisadiyyatın müxtəlif sahələrində effektiv istifadəsi iqtisadi artımı şərtləndirən əsas amillərdəndir və bu resurlasların əldə edilməsində qiymətli kağızlar bazarının rolu danılmazdır.

Dünya səviyyəsində maliyyə bazarlarının tərkib hissəsi olan qiymətli kağızlar bazarının həcmi gün keçdikcə artmaqdadır. Hazırda bu bazarlarda ticarət olunan qiymətli kağızların həcmi trilyonlarla ABŞ dolları həcmindədir. Sadəcə ABŞ-ın səhm bazarının ümumi dəyəri 30 trilyon ABŞ dolları, istiqraz bazarının ümumi dəyəri isə 40 trilyon ABŞ dolları həcmindədir. Sual oluna bilər ki, investorları və emitentləri (istiqraz buraxan tərəf) bu bazarlara cəlb edən əsas amillər hansılardır?ƏTRAFLIbusy.az/vakansiyalar

Bu növ bazarların investorlar üçün əsas üstünlüklərindən biri likvid bazarlar olmasıdır. Yəni, investisiya etdiyiniz kapital hər hansı əmlaka deyil qiymətli kağıza yatırılır və investor  pula ehtiyac duyduqda qiymətli kağızı ən qısa zamanda birjada sata bilir. Bundan əlavə, qiymətli kağız fiziki olaraq amortizasiya olunmur, eyni zamanda onun saxlanması əlavə xərc tələb etmir. Digər tərəfdən, əlinizdə olan qiymətli kağızı təminat kimi bankdan kredit götürdükdə istifadə edə bilirsiz.

Qiymətli kağız buraxılışının şirkətlərə verdiyi ümumi üstünlüklər isə şirkətlərin ölkə, regional və ya dünya maliyyə bazarlarında tanınması, həmçinin maliyyələşmə imkanlarını genişlətməklə fəaliyyətlərinin səmərəliyini artırmaqdır.

Qiymətli kağızlar bazarının inkişafında 3-cü tərəf kimi dövlətin rolunu qeyd etmək vacibdir. Dövlət maliyyə bazarlarını inkişaf etdirməklə şəffaflığın və qeyri-neft sektorunun artımına, habelə sahibkarlıq fəaliyyətinin inkişafına münbit şərait yaradır. Bu mənada dünya praktikasında ilkin kütləvi istiqraz təklif edən şirkətlərə dövlət tərəfindən müəyyən güzəştlər tətbiq olunur.

Ölkəmizdə həyata keçirilən davamlı və dayanıqlı iqtisadi siyasətin təzahürü kimi kapital bazarlarının əhəmiyyətli rolunu göstərmək olar. Belə ki, dövlətin həyata keçirdiyi maliyyə siyasətinin tərkib hissəsi olan qiymətli kağızlar bazarının inkişafı maliyyə alətlərinin müxtəlifliyini və maliyyə bazarlarının dərinliyini təmin etməklə qeyri-neft sektorunun əhatəsini genişləndirir.

Hazırda dövlət və qeyri-dövlət sektorunda fəaliyyət göstərən şirkətlərin qiymətli kağızlar bazarına olan marağı gün keçdikcə artır. Məsələn, səhmləri dövlətə məxsus “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin  istiqraz qiymətli kağızlarının ilkin kütləvi təklif üsulu ilə yerləşdirilməsi buna bariz nümunədir.

Qiymətli metalların hasilatı sahəsində qeyri-neft sənayesinin liderlərindən biri olan “AzerGold”un təklif edəcəyi istiqrazlar şirkətin maliyyə mənbələrinin şaxələndirilməsinə və resursların yeni layihələrin icrasına yönəldilməsinə, ölkənin qiymətli kağızlar bazarının inkişafına, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmağa xidmət edəcək. Bu da öz növbəsində koronavirus pandemiyasının dünya iqtisadiyyatına mənfi təsirləri fonunda az riskli, yüksək gəlirli qazanc əldə etmək fürsəti verəcək. Üstəlik, vətəndaşların – fiziki və hüquqi şəxslərin “AzerGold” istiqrazları ilə milli iqtisadiyyat və dağ-mədən sənayesinin tərəqqisinə töhfə vermək kimi bir şansı yaranacaq.

İstər institusional (banklar, sığorta şirkətləri, investisiya şirkətləri), istərsə də fərdi investorlar (fiziki şəxslər) ilkin kütləvi təklif olunan bazardan “AzerGold” istiqrazlarını almaqla illik 4% gəlir əldə edəcəklər. İstiqrazların nominal dəyərinin 100 ABŞ dolları, müddətinin 3 illik, həcminin isə 20,000,000 ABŞ dolları olması gözlənilir. İstiqrazların satışı Bakı Fond Birjasında hərrac vasitəsilə həyata keçiriləcək. İnvestorlara faizlərin ödənilməsi il ərzində 4 dəfə olmaqla rüblük nəzərdə tutulur. Sadalanan şərtlər hazırda ölkənin maliyyə bazarı üçün ən əlverişli təkliflərdən hesab olunur.

“AzerGold” QSC-nin istiqrazlarını əldə etməklə investorlar sabit gəlir əldə etmək, müddət sonunda istiqrazların nominal dəyərini geri almaq hüququ əldə edirlər. Qeyd olunan istiqrazları əldə etməklə investorların bankların ABŞ dolları üzrə depozitlərinin orta faiz dərəcəsindən daha artıq gəlir əldə etmək imkanı vardır. Bununla yanaşı, Cəmiyyətin fəaliyyətinin nəticələrinin yüksək mənfəətliliklə müşayət olunması emissiya edilən istiqrazların daha etibarlı və dayanıqlı olmasına əsas verir.

Ruslan Babayev

Maliyyə bazarları üzrə ekspert, iqtisad elmləri üzrə fəlsəfə doktoru

Previous Post

“Apple” səssiz-sədasız – 532 MİLYARD DOLLAR İTİRDİ

Next Post

Azərbaycanın məşhur bankiri sığorta sektorunda işə başlayacaq – FOTO

Next Post
Azərbaycanın məşhur bankiri sığorta sektorunda işə başlayacaq – FOTO

Azərbaycanın məşhur bankiri sığorta sektorunda işə başlayacaq - FOTO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

VALYUTA

  • Trending
  • Comments
  • Latest
İşgaldan azad olan bölgələrimiz və yeni tarixi TƏQVİM…

İşgaldan azad olan bölgələrimiz və yeni tarixi TƏQVİM…

Oktyabr 21, 2020
Turan qurulur… Turan gəlir…

Turan qurulur… Turan gəlir…

Sentyabr 12, 2020
Paytaxtdan rayonlaradək olan məsafə

Paytaxtdan rayonlaradək olan məsafə

Sentyabr 14, 2020
Hyundai Sonata-nın bazar QİYMƏTLƏRİ

Hyundai Sonata-nın bazar QİYMƏTLƏRİ

Sentyabr 14, 2020
Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində – 10,5 MLRD. DOLLAR AZALIB

Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində – 10,5 MLRD. DOLLAR AZALIB

0
Azərbaycanda koronavirusa görə avtomobil istehsalı – 18% Azalıb

Azərbaycanda koronavirusa görə avtomobil istehsalı – 18% Azalıb

0
Güclü külək əsəcək – ŞƏNBƏ GÜNÜNÜN HAVA PROQNOZU

Güclü külək əsəcək – ŞƏNBƏ GÜNÜNÜN HAVA PROQNOZU

0
Meqa Sığorta” bölüşdürülməmiş mənfəətindən işçilərinə pul ayıracaq

Meqa Sığorta” bölüşdürülməmiş mənfəətindən işçilərinə pul ayıracaq

0
Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

İyun 20, 2022
İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

Yanvar 4, 2022
OXFORD diplomlu Taxi sürücüsü…

OXFORD diplomlu Taxi sürücüsü…

Yanvar 4, 2022
Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Sentyabr 16, 2021

Yeni xəbərlər

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

İyun 20, 2022
56
İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

Yanvar 4, 2022
103
OXFORD diplomlu Taxi sürücüsü…

OXFORD diplomlu Taxi sürücüsü…

Yanvar 4, 2022
158
Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Sentyabr 16, 2021
123
IzTv.az

Bizi izləyin

Kateqoriyalar

  • Avtomobil elanları
  • Canlı
  • Ev elanları
  • İqtisadiyyat
  • İş elanları
  • Müxtəlif
  • Sığorta
  • Xeyriyyəçilik

Əlaqə

Ünvan: BAKI, Bakixanov qəs. Şamil Kamilov küç 7
Tel: 050 338 72 26
055 338 72 26
Mail: [email protected]

  • Haqqımızda

© 2020 ALL RIGHT RESERVERD

No Result
View All Result
  • Sığorta
  • Canlı
  • İqtisadiyyat
  • İş elanları
  • Avtomobil elanları
  • Ev elanları
  • Müxtəlif
  • Xeyriyyəçilik

© 2020 ALL RIGHT RESERVERD