Cəbhə boyu vəziyyət gərgin sabit olaraq qalır.
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, oktyabrın 11-dən 12-ə keçən gecə gedən Xocavənd rayonunun Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində düşmənin 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və geri çəkilən bölməsinin 2 texnikası məhv edilib.
Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var.
Ermənistan silahlı qüvvələrinin 1-ci alayının müdafiə sahəsində geri çəkilən bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən bölmələr bir-birinə atəş açıb.Tankəleyhinə və digər bölmənin şəxsi heyəti də döyüş mövqelərini tərk edib.
Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.