“Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə olunması və meşə örtüyünün artırılması məqsədilə açıq meşə ərazilərində salınmış aqrobağların vəziyyəti, onlara göstərilən qulluq səviyyəsi və görülən işlərin gedişatı ilə tanış olmaq üçün bu günlərdə bir neçə rayonda olduq və aqrobağlara baxış keçirdik”.
Fins.az xəbərinə görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.