Uzun müdfət idi ki, müştərilərim tərəfindən hər hansi bir yol nəqliyyat hadisəsi törədilmirdi.Vğ bu çox sevindirici haldir.Deməli müştəri portfelim kifayət qədər intizamli serücülərdən təşkil olunub.Ancaq bu gün səhər bu qayda pozuldu.Bir müştərim qəza barədə məlumat verdi. Əlbəttə gözlənilən haldir və avtomobil oldugu yerdə qəzalarin olmasi qaçilmaz haldi.Diqqətinizə çatdirim ki,bu müştəri İcbari sigortalar üzrə deyil, Kasko sigorta üzrə müştərimdi.İcbari sigortasi tam başqa bir şirkətdən alinib. İlk əvvəl insan xəsarətinin olub-olmamasi barədə məlumat aldim.Şükürlər olsun ki,xəsarətsiz ötüşmüşdülər.Sonra hadisənin necə olmasini soruşdum.Dediyindən belə başa düşdüm ki,günahlar bu deyil,qarşi tərəfdi.Ancaq müəyyən sual doguran məsələlər qalirdi və tam dəqiqliklə kimin günahkar oldugunu aydinlaşdira bilmədim.Sürücünün Kasko sigortasi “Günay Sigorta” şirkətinə aiddir.Məsləhət gördüm ki, həm “Günay Sigorta”nin qəza xidmətinə, həm də icbari sıgortalandıgı şirkətə məlumat versin və YPX çagirsin.Digər sürücünün də sigortalandıgı sirkətə məlumat verilməsini təşkil etsin. Deyilənlər edildi.Həm Sıgorta şirkətləri nümayəndələrinin,həm də YPX ekipajinin hadisə yerinə gəlmələri və qeydiyyat aparmalari müştəri tərəfindən müsbət qiymətləndirildi.Hər hansi bir naraziliq olmadi.Ancaq günahkar tərəfin aşkarlanmasi birinci gün müvafiq ərazi üzrə YPX şöbəsində araşdirilacaq və qərar veriləcək. Bu hadisədə əsas məsələ müştərimin həm icbari,həm də Kasko sigortasinin olmasidir.Günahkar hesab edilərsə,icbari sigorta şirkəti qarşi tərəfin ziyanını ödıyəcək. Kasko sigorta üzrə isə dəymiş ziyan “Günay Sıgorta” tərəfindən qarşilanacaq.Günahkar hesab edilməsə, müştərinin iki seçimi var.Avtomobilinə dəymiş ziyani həm qarşi tərəfin icbari sıgortası, həm də Kasko sıgortası üzrə “Günay Sıgorta” qarşılaya bilər.Dəymiş ziyanin 5000 manat həddini keçmədiyi üçün,müştəriyə məsləhətim belə oldu ki, Kasko üzrə müraciət etməsin və ziyan hadisə səbəbkarinin Sıgorta şirkəti tərəfindən ödənilsin.Əgər həmin şirkət ödənişlə əlaqəli hər hansi problem yaradarsa,onda “Günay Sıgorta” ödəniş edib,həmin vəsaiti qarşi tərəfdən geri tələb edəcək.Müştəri ilə razilaşdiq.İstənilən vəziyyətdə müştəri hər hansi bir maddi ziyana getmir və bütün ödənişlər Sıgorta şirkətləri tərəfindən qarşilanir. Müştərinin itirdiyi yalniz avtomobilinin təmirinə sərf ediləcək vaxtidir.Bu halda isə nə mən, nə də sıgorta şirkəti bir şey edə bilmərik.Hadisə olub,avtomobil təmir olunmalıdir və vaxt itkisi qaçılmazdir.Bizim üzərimizə düşən isə dəymiş maddi ziyani qarşılamaqdir.Onu da lazim olan qaydada təmin edəcəyik.Oxucularimiz üçün tövsiyyə: – Kasko sigortadan qaçmayin. Çox lazımlı sıgorta məhsuludur.
https://www.facebook.com/100009923440230/videos/pcb.1302798726727563/1302798646727571/