• Haqqımızda
IzTv.az
Advertisement
  • Sığorta
  • Canlı
  • İqtisadiyyat
  • İş elanları
  • Avtomobil elanları
  • Ev elanları
  • Müxtəlif
  • Xeyriyyəçilik
No Result
View All Result
  • Sığorta
  • Canlı
  • İqtisadiyyat
  • İş elanları
  • Avtomobil elanları
  • Ev elanları
  • Müxtəlif
  • Xeyriyyəçilik
No Result
View All Result
IzTv.az
No Result
View All Result
Home Sığorta

İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…
103
VIEWS

ITS-nın saytında yeni elektron xidmət istifadəyə verilib – Sığortalı Azərbaycan xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində Xidmətlər Zərfi üzrə elektron axtarış sistemi istifadəyə verilib.

Yeni elektron xidmət icbari tibbi sığortanın Xidmətlər Zərfindəki tibbi xidmətlərin axtarış prosesinin sürətləndirilməsi və asanlaşdırılması məqsədi ilə yaradılıb.

Tələb olunan tibbi xidmətin Xidmətlər Zərfində mövcudluğunu yoxlamaq üçün Agentliyin rəsmi internet səhifəsinə (its.gov.az) daxil olmaq lazımdır. Daha sonra əsas səhifədən Xidmətlər Zərfi bölməsinə keçid edib, tələb olunan tibbi xidməti 8 kateqoriya (“İlkin tibbi sanitariya yardımı”, “Təcili və təxirəsalınmaz tibbi yardım”, “Ambulator tibbi xidmət”, “Fizioterapiya xidməti”, “Laboratoriya xidməti”, “İnvaziv radioloji xidmətlər”, “Cərrahi tibbi xidmətlər” və “Stasionar terapevtik tibbi xidmətlər”) üzrə axtarmaq mümkündür. Bunun üçün xidmətin aid olduğu kateqoriya seçilərək axtarış yerində tibbi xidmətə uyğun açar söz daxil edilməlidir.

Söz axtarış xanasına daxil edildikdə həmin sözün olduğu bütün tibbi xidmətlərin siyahısı aşağıda avtomatik olaraq görsənir. Burada tibbi xidmətlərin adı ilə yanaşı xidmət müqabilində Agentlik tərəfindən tibb müəssisəsinə ödənilən məbləğ haqqında məlumat da vətəndaşa təqdim olunur

Axtarılan tibbi xidmətin hansı kateqoriyaya aid olduğuna əmin olmadıqda isə ümumi axtarış xanasında açar sözü daxil etmək kifayətdir. Axtarışın dəqiq yerinə yetirilməsi üçün sorğunu söz birləşmələri üzrə deyil, açar söz üzrə səhvsiz vermək başlıca şərtdir. Qeyd olunmalıdır ki, açar sözdə hərf sayı 2-dən az olduqda axtarışın aparılması mümkün olmur. 

Nəzərə alınmalıdır ki, təminata alınan tibbi xidmətlər müəyyən xəstəliklərin müalicəsi ilə əlaqəli olsa bələ onların adında axtarılan sözə rast gəlinməyə bilər. Məsələn, ürək-damar sistemi xəstəlikərinin müalicəsi üzrə  çox sayda tibbi xidmətlər mövcuddur, lakin onların adlarında  “ürək” sözü yoxdur: tək koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı, mədəcikarası çəpərin qüsuru, fallo tetradası. Digər  misal kimi böyrək xəstəlikləri ilə bağlı cərrahi  əməliyyatlarını  gətirmək olar. Belə ki, Xidmətlər Zərfində “perkutan nefrolitotomiya”, “ekstrakorporal şokdalğalı litotripsiya” adlanan tibbi xidmətlər böyrək daşlarının çıxarılması və ya parçalanmasını özündə ehtiva edir. Bu səbəbdən sistemdə tibbi xidmətin axtarışı xəstəliyin, diaqnozun, müayinənin və s. adındakı sözlər üzrə aparılmalıdır. Tibbi xidmət tapılmadıqda isə vətəndaşlar diaqnozun dəqiq adını öyrənmək üçün yaşayış yeri üzrə tibb müəssisəsinə və ya müalicə həkimlərinə  müraciət edə bilərlər.

Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Müqaviləli tibb müəssisələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür.

Eyni zamanda bildirmək istərdik ki, dövlət proqramları çərçivəsində müalicə və müayinəsi qarşılanan xəstəliklərlə bağlı tibbi xidmətlər, kosmetik prosedurlar və plastik cərrahiyyə üzrə tibbi xidmətlər, habelə orqan transplantasiyası, süni mayalanma və stomatoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.

Previous Post

OXFORD diplomlu Taxi sürücüsü…

Next Post

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

Next Post
Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

VALYUTA

  • Trending
  • Comments
  • Latest
İşgaldan azad olan bölgələrimiz və yeni tarixi TƏQVİM…

İşgaldan azad olan bölgələrimiz və yeni tarixi TƏQVİM…

Oktyabr 21, 2020
Turan qurulur… Turan gəlir…

Turan qurulur… Turan gəlir…

Sentyabr 12, 2020
Paytaxtdan rayonlaradək olan məsafə

Paytaxtdan rayonlaradək olan məsafə

Sentyabr 14, 2020
Hyundai Sonata-nın bazar QİYMƏTLƏRİ

Hyundai Sonata-nın bazar QİYMƏTLƏRİ

Sentyabr 14, 2020
Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində – 10,5 MLRD. DOLLAR AZALIB

Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində – 10,5 MLRD. DOLLAR AZALIB

0
Azərbaycanda koronavirusa görə avtomobil istehsalı – 18% Azalıb

Azərbaycanda koronavirusa görə avtomobil istehsalı – 18% Azalıb

0
Güclü külək əsəcək – ŞƏNBƏ GÜNÜNÜN HAVA PROQNOZU

Güclü külək əsəcək – ŞƏNBƏ GÜNÜNÜN HAVA PROQNOZU

0
Meqa Sığorta” bölüşdürülməmiş mənfəətindən işçilərinə pul ayıracaq

Meqa Sığorta” bölüşdürülməmiş mənfəətindən işçilərinə pul ayıracaq

0
Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

İyun 20, 2022
İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

Yanvar 4, 2022
OXFORD diplomlu Taxi sürücüsü…

OXFORD diplomlu Taxi sürücüsü…

Yanvar 4, 2022
Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Sentyabr 16, 2021

Yeni xəbərlər

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

İyun 20, 2022
56
İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

Yanvar 4, 2022
103
OXFORD diplomlu Taxi sürücüsü…

OXFORD diplomlu Taxi sürücüsü…

Yanvar 4, 2022
158
Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Sentyabr 16, 2021
123
IzTv.az

Bizi izləyin

Kateqoriyalar

  • Avtomobil elanları
  • Canlı
  • Ev elanları
  • İqtisadiyyat
  • İş elanları
  • Müxtəlif
  • Sığorta
  • Xeyriyyəçilik

Əlaqə

Ünvan: BAKI, Bakixanov qəs. Şamil Kamilov küç 7
Tel: 050 338 72 26
055 338 72 26
Mail: [email protected]

  • Haqqımızda

© 2020 ALL RIGHT RESERVERD

No Result
View All Result
  • Sığorta
  • Canlı
  • İqtisadiyyat
  • İş elanları
  • Avtomobil elanları
  • Ev elanları
  • Müxtəlif
  • Xeyriyyəçilik

© 2020 ALL RIGHT RESERVERD