• Haqqımızda
IzTv.az
Advertisement
  • Sığorta
  • Canlı
  • İqtisadiyyat
  • İş elanları
  • Avtomobil elanları
  • Ev elanları
  • Müxtəlif
  • Xeyriyyəçilik
No Result
View All Result
  • Sığorta
  • Canlı
  • İqtisadiyyat
  • İş elanları
  • Avtomobil elanları
  • Ev elanları
  • Müxtəlif
  • Xeyriyyəçilik
No Result
View All Result
IzTv.az
No Result
View All Result
Home Sığorta

İşçilər bu sığorta növünü tələb etməlidirlər – ASA-dan xəbərdarlıq

İşçilər bu sığorta növünü tələb etməlidirlər – ASA-dan xəbərdarlıq
50
VIEWS

Hər il iş yerlərində yüzlərlə insan peşə fəaliyyətini yerinə yetirərkən bədbəxt hadisələrlə üzləşir.

ASA-nın məlumatına görə, baş verən risklər işçilərin sağlamlığına zərər yetirməklə yanaşı, hətta ölüm halları ilə də nəticələnir. Bu isə işəgötürlənlərin işçilər qarşısında məsuliyyətinin yaranmasına gətirib çıxarır. Bu gün çox sayda peşə yüksək risk ehtiva edir. Lakin yüksək təhlükə təşkil edən bu peşələr üzrə fəaliyyət göstərən bir qism müəssisələrdə müəyyən edilmiş təhlükəsizlik tədbirləri görülmür. Bu isə hadisə baş verdiyi zaman onun fəlakətlə nəticələnməsinə səbəb olur. Nəticədə sığorta halı yaranmış olur.

Qanunvericiliyə əsasən, işəgötürənlər tərəfindən işçilərin iş yerlərində baş verə biləcək hadisələrdən sığortalanması prosesi icbari qaydada həyata keçirilir. Bu sığorta növü “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” adlanır. Sığortanın bu növünün olmaması halında tərəflər məsuliyyət daşıyır. Bu səbəblə hər bir işçi işəgötürən ilə müqavilə bağladığı zaman sığortanın bu növünün olmasını mütləq şəkildə tələb etmək hüququna sahibdir.

Adı çəkilən sığorta növü üzrə tariflər 14  risk qrupu üzrə müəyyən edilir. Bölgüyə əsasən, ən təhlükəsiz olan maliyyə, hüquq, humanitar və s. sahələr, ən təhlükəliləri isə mədənçıxarma, tikinti, kimyəvi məhsulların istehsalı və s. bu kimi sahələr müəyyən edilib.

Yuxarıda da qeyd etdiyimiz kimi, adı çəkilən növ icbari olaraq tətbiq olunduğu üçün işəgötürənlər işçiləri peşə fəaliyyəti zamanı başına gələ biləcək bədbəxt hadisələrdən sığortalamağa borcludurlar. Sığortanın bu növü istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur.

Bu növ üzrə statistik hesabata nəzər salaq. Belə ki, 2020-ci il yanvar-iyul aylarında ötən ilin analoji dövrü ilə müqayisədə yığımlar 20%-ə qədər artıb. 2020-ci ilin böyük bir hissəsini işçilər COVID-19 pandemiyası nəticəsində tətbiq olunan sərt karantin qaydaları səbəbilə evdən işlədiklərinə görə risk dərəcəsi və hadisələrin baş vermə tendensiyası azalıb. Nəticədə müvafiq növ üzrə ödənişlərdə ötən ilin eyni dövrü ilə müqayisədə 17% azalma qeydə alınıb.

Qeyd edək ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”nın aktuallığı və vacibliyi nəzərə alınaraq bu növ artıq ötən ildən etibarən tam olaraq elektronlaşdırılıb. Bu da işəgötürən tərəfin işçini müvafiq növ üzrə tez bir zamanda sığortalamasına və ya sığortanı yeniləməsinə şərait yaradır.

Previous Post

#Kişilərə qarşı şiddətə son

Next Post

ASA sığorta sahəsində olan problemlərlə bağlı təklifləri Mərkəzi Banka göndərir

Next Post
Bağlanan sığorta şirkətində pulu qalanlara – MÜRACİƏT

ASA sığorta sahəsində olan problemlərlə bağlı təklifləri Mərkəzi Banka göndərir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

VALYUTA

  • Trending
  • Comments
  • Latest
İşgaldan azad olan bölgələrimiz və yeni tarixi TƏQVİM…

İşgaldan azad olan bölgələrimiz və yeni tarixi TƏQVİM…

Oktyabr 21, 2020
Turan qurulur… Turan gəlir…

Turan qurulur… Turan gəlir…

Sentyabr 12, 2020
Paytaxtdan rayonlaradək olan məsafə

Paytaxtdan rayonlaradək olan məsafə

Sentyabr 14, 2020
Hyundai Sonata-nın bazar QİYMƏTLƏRİ

Hyundai Sonata-nın bazar QİYMƏTLƏRİ

Sentyabr 14, 2020
Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində – 10,5 MLRD. DOLLAR AZALIB

Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində – 10,5 MLRD. DOLLAR AZALIB

0
Azərbaycanda koronavirusa görə avtomobil istehsalı – 18% Azalıb

Azərbaycanda koronavirusa görə avtomobil istehsalı – 18% Azalıb

0
Güclü külək əsəcək – ŞƏNBƏ GÜNÜNÜN HAVA PROQNOZU

Güclü külək əsəcək – ŞƏNBƏ GÜNÜNÜN HAVA PROQNOZU

0
Meqa Sığorta” bölüşdürülməmiş mənfəətindən işçilərinə pul ayıracaq

Meqa Sığorta” bölüşdürülməmiş mənfəətindən işçilərinə pul ayıracaq

0
Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

İyun 20, 2022
İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

Yanvar 4, 2022
OXFORD diplomlu Taxi sürücüsü…

OXFORD diplomlu Taxi sürücüsü…

Yanvar 4, 2022
Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Sentyabr 16, 2021

Yeni xəbərlər

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

İyun 20, 2022
56
İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

Yanvar 4, 2022
103
OXFORD diplomlu Taxi sürücüsü…

OXFORD diplomlu Taxi sürücüsü…

Yanvar 4, 2022
158
Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Sentyabr 16, 2021
123
IzTv.az

Bizi izləyin

Kateqoriyalar

  • Avtomobil elanları
  • Canlı
  • Ev elanları
  • İqtisadiyyat
  • İş elanları
  • Müxtəlif
  • Sığorta
  • Xeyriyyəçilik

Əlaqə

Ünvan: BAKI, Bakixanov qəs. Şamil Kamilov küç 7
Tel: 050 338 72 26
055 338 72 26
Mail: [email protected]

  • Haqqımızda

© 2020 ALL RIGHT RESERVERD

No Result
View All Result
  • Sığorta
  • Canlı
  • İqtisadiyyat
  • İş elanları
  • Avtomobil elanları
  • Ev elanları
  • Müxtəlif
  • Xeyriyyəçilik

© 2020 ALL RIGHT RESERVERD