• Haqqımızda
IzTv.az
Advertisement
  • Sığorta
  • Canlı
  • İqtisadiyyat
  • İş elanları
  • Avtomobil elanları
  • Ev elanları
  • Müxtəlif
  • Xeyriyyəçilik
No Result
View All Result
  • Sığorta
  • Canlı
  • İqtisadiyyat
  • İş elanları
  • Avtomobil elanları
  • Ev elanları
  • Müxtəlif
  • Xeyriyyəçilik
No Result
View All Result
IzTv.az
No Result
View All Result
Home Müxtəlif

Karonavirus ilə mücadilə aparan efir ulduzumuz… Tanınmış aparıcıdan bu xəstəliyin görünən və görünməyən tərəfləri barədə açıqlama…

Karonavirus ilə mücadilə aparan efir ulduzumuz… Tanınmış aparıcıdan bu xəstəliyin görünən və görünməyən tərəfləri barədə açıqlama…
88
VIEWS

Bu yazını yazmaqda məqsədim barədə açıqlama verim.
Tanınmış teleaparıcı, “Sabaha Saxlmayaq” verilişinin tanınmış aparıcısı,sevimli jurnalistimiz Vüsalə xanım Məmmədovanın, karonavirus bəlası ilə 14 gün müddətində apardığı mücadilə,qarşılaşdığı çətinlik və problemlərlə baglı paylaşımını oxudum.
Bu günkü günə coxlarımızın rastlaşdığı və keçirtdiyi problemlər,bir jurnalist qələmi ilə və daha dərin analizlərləişıqlandırılır bu yazıda.
Ancaq yazımın əsas məqsədi də bu deyil…
Vüsaləxanımın yazısına kifayət qədər şərhlər var.Əksəriyyət Vüsalə xanıma tezliklə virusa qalib gəlməsini və tezliklə sağlamlığına qovuşmasını arzu edir.Bu da təbiidir.
Ancaq şərhlər cərgəsində mənə daha çox təsir edən, bir şərhə Vüsalə xanımın cavabı oldu.
Məhz bu səbəbdən də Vsalə xanımın yazısını paylaşmaq qərarına gəldim.
Həmin şərhi və Vüsalə xanımın cavabını olduğu kimi qeyd edirəm.
Şərh:
– Prezidentdən müsahibə götürən adamsan,o boyda nüfuzun var, TV aparıcısısan, yazarsan… bu qədər xidmətlərin var… niyə hay-küy salmırdın biraz?
Gör necə tökülüb gəlirdilər…
Bu qədər də təvazökarlıq olmaz… bir az özündən muğayat ol… sən dəyərli insanımızsan.. Tez sağalasan inşaallah.
Və Vüsalə xanımın cavabı:
– Sağ ol vallah…
Bilirsən ki,heç vaxt etmərəm.
Jurnalist xəstələnməyib,vətəndaş xəstələnib.
TV-də çaləşmaq məni kimdənsə üstün etmir.

Və digər bir şərhə cavab olaraq,öz xəsətəliyin unudaraq belə cavab verir:
– Dilqəm gilin gələcəyi günləri sayıram.
Bu möhtəşəm cavablar ətrafında heç bir fikir bildirmədən, Vüsalə xanımın yazısını sizlərlə bölüşürəm.
Fikir bildirməyi də sizlərin ixtiyarına buraxıram.

Covidə yoluxmağımın 14-cü günüdür. Karantinim başa çatmaq üzrədir. Sabah test verib, nəticəsinə görə normal həyata qayıdacam. Amma bütün ağrılarına rəğmən #koronavirus yaddaşımda xəstəlik deyil, cəza kimi qalacaq…

Bu müddət ərzində özümü xəstədən çox cinayətkar kimi hiss etdim.

Testimin cavabı pozitiv çıxdığı gün SMS gəldi: Covidsən! Evdən çıxsan cinayət məsuliyyətinə cəlb olunacaqsan!

Özünü təqdim etməyən ayrı-ayrı nömrələr telefonu çaldırdı, geriyə yığdım, qızdırmalı halda özümün və ailə üzvlərimin şəxsiyyət vəsiqələrindəki rəqəmləri dedim… Onlar da “xox” gəldilər ki, evdən çıxma!

Danışa da bilmirsən ki, soruşasan “hara çıxasıyam? Addım atmağa heyi olmayan xəstə hara gedəsidir ki?”

Bir tərəfdən də gücünü toplayıb yataqda sağdan sola çevriləndə e-təbib tətbiqetməsinin bildirişi: Siz karantin ünvanını tərk etmisiniz. Geri dönməyiniz tələb olunur!

İnsaf! Azı 15 dəqiqə vaxt lazımdır ki, yenidən güc toplayıb, geri dönəsən… Yəni sağ tərəfinə çevriləsən…

27 illik qaçqın təcrübəm var deyə heç kimdən insani münasibət gözləmirəm. Bu illər ərzində özüm başıma çarə qılmağı öyrənmişəm. Dərhal qərar verdim ki, covidə yoluxdunsa, əvvəlcə telefonu söndürməlisən. Yoxsa son nəfəsini telefondakılara “evdən çıxmamışam” deməklə tükədəcəksən…

Sonuncu günümdür. Hələ də bir nəfər deməyib ki, bu dərmanı iç və ya Allah şəfa versin ?

Giley-gülzar deyil, ağrını da bəlli etməyən adamam. Sadəcə görürəm sağalan dostlar həkimə, TƏBİB-ə, Səhiyyə Nazirliyinə təşəkkür edir. Ənənəni pozmamaq üçün mən də təşəkkür edirəm. Tanrıya təşəkkür edirəm! Sağ olsun ki, bu günlərdə anamla bacımı qorudu, aptek-aptek gəzib, lazım olan dərmanları aldılar. Bir də sağ olsun ki, şəfa verdi. Bundan sonra da verəcəksə, ona görə də öncədən minnətdaram!

Təcrübəli covidli kimi sizə də sözüm var. Özünüzü qoruyun demirəm, gec, ya tez, hamı yoluxacaq. Əsəblərinizi qoruyun, immunitetinizi yüksək tutun. Əlamətləri hiss etdinizsə, kimsəni yoluxdurmamağa çalışın ki, vicdanınız rahat olsun ❤

Xudayar demiş, ba belə…

P.S.Dostlar deyir, nə qədər ki, covidsən, bir neçə şar doldur saxla. Lap imkan varsa balonlara asqır, ağzını möhkəm bağla ?

Previous Post

Gəlin ölümümüz üçün yaşayaq…

Next Post

Sığorta şirkətləri ilə müştərilər arasında yaranan problemlər – Tanınmış sığorta eksperti ilə MÜSAHİBƏ

Next Post
Sığorta şirkətləri ilə müştərilər arasında yaranan problemlər – Tanınmış sığorta eksperti ilə MÜSAHİBƏ

Sığorta şirkətləri ilə müştərilər arasında yaranan problemlər - Tanınmış sığorta eksperti ilə MÜSAHİBƏ

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

VALYUTA

  • Trending
  • Comments
  • Latest
İşgaldan azad olan bölgələrimiz və yeni tarixi TƏQVİM…

İşgaldan azad olan bölgələrimiz və yeni tarixi TƏQVİM…

Oktyabr 21, 2020
Turan qurulur… Turan gəlir…

Turan qurulur… Turan gəlir…

Sentyabr 12, 2020
Paytaxtdan rayonlaradək olan məsafə

Paytaxtdan rayonlaradək olan məsafə

Sentyabr 14, 2020
Hyundai Sonata-nın bazar QİYMƏTLƏRİ

Hyundai Sonata-nın bazar QİYMƏTLƏRİ

Sentyabr 14, 2020
Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində – 10,5 MLRD. DOLLAR AZALIB

Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində – 10,5 MLRD. DOLLAR AZALIB

0
Azərbaycanda koronavirusa görə avtomobil istehsalı – 18% Azalıb

Azərbaycanda koronavirusa görə avtomobil istehsalı – 18% Azalıb

0
Güclü külək əsəcək – ŞƏNBƏ GÜNÜNÜN HAVA PROQNOZU

Güclü külək əsəcək – ŞƏNBƏ GÜNÜNÜN HAVA PROQNOZU

0
Meqa Sığorta” bölüşdürülməmiş mənfəətindən işçilərinə pul ayıracaq

Meqa Sığorta” bölüşdürülməmiş mənfəətindən işçilərinə pul ayıracaq

0
Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

İyun 20, 2022
İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

Yanvar 4, 2022
OXFORD diplomlu Taxi sürücüsü…

OXFORD diplomlu Taxi sürücüsü…

Yanvar 4, 2022
Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Sentyabr 16, 2021

Yeni xəbərlər

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

İyun 20, 2022
56
İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

Yanvar 4, 2022
103
OXFORD diplomlu Taxi sürücüsü…

OXFORD diplomlu Taxi sürücüsü…

Yanvar 4, 2022
158
Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Sentyabr 16, 2021
123
IzTv.az

Bizi izləyin

Kateqoriyalar

  • Avtomobil elanları
  • Canlı
  • Ev elanları
  • İqtisadiyyat
  • İş elanları
  • Müxtəlif
  • Sığorta
  • Xeyriyyəçilik

Əlaqə

Ünvan: BAKI, Bakixanov qəs. Şamil Kamilov küç 7
Tel: 050 338 72 26
055 338 72 26
Mail: [email protected]

  • Haqqımızda

© 2020 ALL RIGHT RESERVERD

No Result
View All Result
  • Sığorta
  • Canlı
  • İqtisadiyyat
  • İş elanları
  • Avtomobil elanları
  • Ev elanları
  • Müxtəlif
  • Xeyriyyəçilik

© 2020 ALL RIGHT RESERVERD