Hər bir şəxsin müəyyən məsələlərin həllində sərbəst seçim haqqi var. Müəyyən xidmət sferalarini da şeçmək və sərbəst qərar vermək hər bir vətəndaş üçün qanunla şamil edilən bir hüquqdur. Belə seçim haqqı Sıgorta şirkətlərinin xidmətlərindən istifadə edərkən də taninir və vətəndaş heç bir halda, öz iradəsi əleyhinə hansısa bir şirkətə istiqamətləndirilə bilməz. Vətəndaşa müxtəlif şirkətlərin məhsullari təqdim edilə bilər, hansisa şirkətin üstünlüyü izah edilə bilər,suallari cavablandirila bilər. Sonda isə son seçim etmək hüququ müştərinin ixtiyarina verilir.
Azərbaycan Sigorta bazarında kifayət qədər Sigorta şirkətlərinin olmasi,təklif olunan sigorta məhsullarinin rəngarəngliyi və məzmun fərqliliyi, vətəndaşin hansisa bir şirkəti seçməsində böyük problemlər yaradir. Əlbəttə belə rəngarənglik icbari sıgorta məhsullarina aid deyil. İcbari sigorta məhsulu alarkən, əsasən şirkətin etibarli olub olmaması və bazar reytinqi nəzərə alinir.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, yuxarida yazdiqlarim, sigorta mədəniyyətinin formalaşdıgı və insanların hər hansi sıgorta məhsulunun alinmasinin həyati bir zərurət oldugu ölkələrə aiddir.
Bəs Azərbaycanda bu məsələlər necə tənzimlənir?
Yenə də təəssüflə qeyd edim ki, çox primitiv bir yolla…
Hər hansi bir Sıgorta mədəniyyatı yoxdur…
Hər hansi bir Sıgorta təbligati yoxdur…
Şirkətlər arasinda seçim etmək kimi bir anlayiş yoxdur…
Şirkətlər arasinda ədalətli rəqabətlilik prinsipi yoxdur…
İnsanlar sigorta məhsullarindan xəbərsizdilər…
İnsanlar Sıgorta məhsullarini almaqda maraqli deyillər…
Sigorta məsələlərinin mətbuat səhifələrində işıqlandirilmasi tamamilə unudulub…
Sigorta şirkətləri əsasən icbari növlər üzərində satiş edib,ayaqda qalmağa çalışırlar…
Və bu gün Azərbaycan sigorta bazarinda bir xaos hökm sürür.
Belə bir vəziyyətdə kimdi Sıgorta şirkəti seçən, kimdi etibarli sigorta şirkəti axtaran?
Bu şərtlər daxilində artıq müştəri üçün maraqli deyil onun icbari sigortası hansı şirkətdən olacaq.Müştərini maraqlandiran yalniz və yalnız daha aşagi qiymətlə təklif olunan sigorta şirkətini tapmaqdir. Və nəticəsi nə olur?
Nəticədə hadisə baş verəndə müştəri başa düşür ki, çox böyük bir səhv edib.Aylarla Sigorta şirkətlərnin qapisi agzında boynu bükük qalr, süründürməşiliklə üzləşir və bu problemlərdən necə qurtulmagin yolunu da tapa bilmir.Sonda da belə bir fikir formalaşdirir ki, Azərbaycanda sıgorta yoxdu.Hamisi yalançidi,insanlari aldadib pullarini yıgmaqla məşguldurlar.
Yox əziz müştəri…
Azərbaycanda Sigorta şirkətləri də var,normal xidmət də var. Sadəcə olaraq siz lazım olan anda lazim olan Sigorta şirkətinin qapisini döyməmisiniz.İndi isə səhvinizin bədəlini ödəyirsiniz.
Belə problemlərdən uzaq olmaq üçün növbəti seçiminizi araşdirmalardan sonra edin.
Və əmin edirəm ki, tam razı qalacaqsiniz.