Bir bəd əmələ adətkar oldunsa, ondan qurtulmaq çox çətin məsələdir.Karona müalicə olunur amma bu xəstəliyin çarəsi yoxdu belə görünür ki. Söhbət sigorta məhsullarina sigorta vasitəçiləri tərəfindən verilən endirimlərdən gedir. Problem özünü avtomobillərin icbari sıgorasi zamanı özünü daha qabariq şəkildə büruzə verir. Uzun illər ərzində endirimlərə qarşi həyata keşirilən heç bir tədbir öz nəticəsini vermədi. 2012-ci ildən belə başladi və bu günə kimi də davam edir. Və görünən odur ki, elə belə də davam edəcək.
Bu günə olan vəziyyətdə, endirimlər əsasən iri həcmli mühərrikli avtomobillərin icbari sigortasi zamani daha çox tətbiq edilir. Çünki kiçik həcm avtomobillərin icbari sigortasi artiq bir sira şirkətlər tərəfindən qara siyahiya salinib yaxud çox az komissiya qarşiliginda qəbul olunur. İri həcm mühərrikli avtomobillər üşün isə heç bir şirkət “embarqo” tətbiq etmir və bu tip avtomobil sürücülərini müştəri qismində cəlb etmək üçün vasitəçilər min bir oyundan çıxırlar.
Elə bu gün şirkətlərdən birinin baş ofisindən edilən zənglə, müştəriyə təklif etdiyim 127.50 azn sigorta haqqi müqabilində 103 azn təklif edərək, müqaviləni öz xeyirlərinə bagladilar. Və it də getdi, ip də getdi – atalar demişkən.
Nə edək, necə edək bilmirəm…
2020-ci ili demək olar ki, itirdik, yaxud yola verdik, getdi.
Ümid edək ki, 2021-ci ildən Mərkəzi Bank mü sahədə mövcud olan problemlərə bir əncam çəkər.