Hörmətli iqtisadçılar və sığorta mütəxəsisləri!
Məni (əminəm ki, çoxlarını) narahat edən bir məsələ ilə bağlı fikirlərinizi almaq istəyirəm. Nəyə görə Sığorta agenti kimi fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicisi könüllü sığorta satdıqda avtomatik gəlir vergisi ödəyicisinə çevrilir?
Təsəvvür edin ki, illik portfel 100 000 azn təşkil edir. Bunun 99 000 azn-i icbari sığorta növüdür və 1000 azn isə könüllü. Hazırki qanunvericiliyə görə bu şəxs avtomatik gəlir vergisi ödəyicisinə çevrilir və bununla da təxminən 5 dəfə artıq məbləğdə vergi ödəməli olur. Bunu da təbii ki, heç bir agent eləmir və bu öz növbəsində növbəti “saxtakarlığa” yol açır. Bir nəfərin lisenziyası sırf könüllü üçün istifadə olunur. Həmin “bir nəfər”in icbariləri başqa lisenziyaya, digərlərin könüllüləri isə həmin adamın lisenziyasına yazılır.
Bu nə dərəcədə doğrudur?
Nəzərə alsaq ki, biz sığorta agenti kimi fəaliyyət göstərmək üçün imtahan verib lisenziya aldıqda orada heç bir ayrıntı göstərilmir ki, bu adam ancaq icbari və ya könüllü sata bilər. Lisenizya ümumi fəaliyyət üçün verilir. Onda ümumi fəaliyyət nədən vergi məsələsinə gəldikdə xüsusiləşdirilir? Niyə bununla bağlı heç bir irad və təklif verilmir aidiyyatı qurumlara?
P.S. Bu ona oxşamırmı ki, ağartı məhsulu satan fermerə deyilir ki, sən şor satırsansa sadələşdirilmiş vergi ödəyicisi olursan, yanında yağ da satsan gəlir vergisi ödəyicisi