10 Noyabr ermənilərin kapitulyasiya müqaviləsinə imza atmalarindan keçən müddət ərzində artıq Ağdam şəhəri əraziləri daxil olmaqla və Kəlbəcər rayonu bütövlükdə Azərbaycan Silahli qüvvələrinin nəzarətinə təhvil verilib.
Əlbəttə indiki ana qədər bir sıra cavab gözləyən suallar yaranıb və belə müəmmalar ölkə əhalisini ciddi narahat edir.
Güman edirik ki,çox yaxın zamanlarda bütün suallar öz müsbət cavabını tapacaq.Buna qətiyyən şübhəmiz yoxdur.
1 Dekabr Laçın rayonunun da Azərbaaycan tərəfin nəzarətinə verilməsi müddətinə sayılı günlər qalır.
Bu proses də başa çatacaq və həmin andan Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq.Dövlət sərhəddlərimiz 100 faiz bərpa olunaraq Sərhədd qoşunlarının xidmət səlahiyyətinə keçəcək.
Hələlik isə gedən proseslər ətrafında müxtəlif spekulyasiyalar gedir.İnformasiya müharibəsi öz amansız gediçləri ilə müxtəlif narahatlıqlar yaratmaqda davam edir.
Amma əslində 1 Dekabr tarixindən sonra nələr baş verəcəyini xəritə üzərində ərazilərin rəqəmlərlə işarələnmiş vəziyyəti əsasında diqqətinizə çatdıraq…
İzah…
“1” rəqəmi qeyd olunan qəhvəyi rəng ərazilər Qarabağa aid hesab olunur və o ərazilərdə yalnız Azərbaycan vətəndaşları ilə ermənilərin yaşaya biləcəkləri yer olaraq qəbul olunur. Bu ərazilərdə yaşayacaq ermənilər Azərbaycan Respublikasının vətəndaşlığını daşımalı, Azərbaycan Respublikasının qanunlarına tabe olmalıdırlar. Əks halda yaşama hüququ verilməyəcək.
“2” rəqəmi qeyd olunan göy ərazilər yalnız Azərbaycanlıların yaşayacağı ərazilərdir.
“3” rəqəmi qeyd olunan sarı rəngə aid ərazilər Laçın rayonuna aiddir.
Həmin ərazi 1 dekabr tarixində Azərbaycana təhvil veriləcək.
Yaşıl dairə:Burada əsasən, ermənilərin çoxluq təşkil etdiyi ərazi kimi müəyyən olunur. Bu ərazilərdə yaşayacaq ermənilər də Azərbaycan Respublikasının vətəndaşlığını daşımalı, Azərbaycan Respublikasının qanunlarına tabe olmalıdırlar. Əks halda yaşama hüququ verilməyəcək. Narıncı ox işarəsi:Bu işarə Laçın dəhlizini nəzərdə tutur. Laçın dəhlizinə 5 km en düşünülür. Bu isə 5 km enində yol demək deyil. Dünyada belə yol yoxdur. Sadəcə dəhlizdi və o dəhlizdə olan yol vasitəsilə ermənilər BİRGƏYAŞAYIŞ üçün nəzərdə tutulan ərazilərə gedib-gələ bilərlər. Qeyd edək ki, bu bütün ermənilərə şamil olunmur. Yalnız Azərbaycan vətəndaşlığını daşıyan və BİRGƏYAŞAYIŞ məntəqələrində yaşayanlara şamil olunur. Gələcəkdə onların qohumları gələrsə, Azərbaycan DSX, DYP tərəfindən yoxlanılararaq buraxılıb və ya buraxılmamaları müəyyən olunacaq.
VACİB QEYD:Heç bir rayon ermənilərə verilmir. Bu kimi paylaşım edənlər birbaşa təxribatçılıqla, vətəndaşlarımızı qıcıqlandırmaqla, dövlət-vətəndaş münasibətlərini zədələməklə məşğuldurlar. Hər bir kəsi belə provakasiyalara uymamağa çağırırıq.
QARABAĞ AZƏRBAYCANDIR!!!