Sevindirici və çox lazımlı bir yeniliyi sizlərlə bölüşmək qərarına gəldim.
Bu gün mail ünvanima daxil olan bir məlumat məni həqiqətən şok etdi. “Günay Sıgorta” satiş departamentinin rəhbəri Ramin İsmayilovun imzaladığı məktubda, Kasko sigortasi üzrə sıgortaladıgım müştərimin qəza hadisəsinin baş verdiyi bildirilir və müştəri ilə əlaqə yaradib, lazımi köməkliyin ğöstərilməsi tövsiyyə edilirdi. Sıgorta sektorunda çalışmayan adi vətəndaş üçün bu o qədər də təəccüblü görünməyə bilər.Çünki vətəndaş üçün sirkət daxili prosedurların necə yerinə yetirilməsi qətiyyən maraqli deyil.
Amma mənim üçün bu gözlənilməz bir yenilik oldu.
Nədir burda gözlənilməzlik.
Çoxlarina məlum olduğu kimi, mən AXA MBASK məktəbini keçmiş bir sıgorta vasitəçisi kimi, əməkdaşlıq etdiyim bütün şirkətlərdə yalniz və yalniz müştəri məmnunlugunun təmin olunmasi ugrunda işimi qurmuşam və şirkətdaxili presedurlarin həyata keçirilməsində müştəri amilinin öndə olmasini arzu etmişəm. Çox təəssüf hissi ilə qeyd edim ki, AXA-dan sonra əksər şirkətlərdə qəza hadisələrinin tənzimlənməsində məni qane etməyən bir çox hallarin oldugunu müşahidə etmişəm.
Bu gün ‘Günay Sigorta”nin belə bir praktikani tətbiq etməsi, artıq bu şirkətin müştəri yönlü fəaliyyət mövqeyi tutmasinin əyani sübutudur. Çünki şirkət səlahiyyətlisi hadisə barədə sıgorta vasitəçisini məlumatlandirirsa, deməi Şirkət rəhbərliyi bu hadisənin müştəri məmnunluğunu təmin etmək istiqamətində israrlı olduguna bir sübutdur.
Bu cür məlumatlar hələ ki, könüllü sıgorta növləri üzrə həyata keşirilir. Ramin İsmayılovun verdiyi məlumata görə icbari sigorta hadisələri üzrə məlumatlarin ötürülməsi üzrə sestemin qurulmasinda işlər sürətlə davam edir. Yaxin zamanlarda belə bir sistem də fəaliyyətə başlayacaq.
Çox sevindirici haldir. Görünən odur ki, “Günay Sıgorta” Şirkəti sigorta bazarinda öz mövqeyini qorumaq və daha da inkişaf etmək üçün əlindən gələn hər vasitədən istifadə etməyə şalışır.
Bu şirkətlə əməkdaşlıq edən bir sıgorta vasitəcisi olaraq, “Günay Sıgorta” Şirkəti ilə qürur duyuram və vətəndaşlari şəkinmədən bu şirkətin təklif etdiyi sigorta məhsullarindan yararlanmaga çagiriram.
“Günay Sıgorta” Şirkətinin rəhbərliyinə, məsul şəxslərinə öz işlərində ugurlar arzulayıram.
Müştəri məmnunlugunu əsəs prinsip kimi tutan bir şirkət sigorta bazarının lideri olmaga layiqdir.