#peşəkarsığortaçı#müstəriməmnuniyyəti#kadrseçməqabiliyyəti#atəşgahsığorta#bakısığorta
Bir az uzundur ama maraqlıdır. Oxuduğunuz üçün təşəkkürlər.Deməli bir müddət öncə paylaşım etmişdim ki, bir yoldaşın avtomobili hadisə nəticəsində zərər görüb. Zərər vuran tərəf icbari qaydada Ateshgah Insurance Group şirkətində sığortalı olub. Zərər çəkəndə Baki Sigorta şirkətində kasko sığortalı idi. Növbəlilik prinsipinə əsasən birinci Atəşgah Sığorta dəyən zərəri qarşılayır. Atəşgah Sığorta 5000 AZN zərərə üçün 3000 AZN zərər aktı tərtib etdi. Təbii ki razı olmadıq və zərər çəkən avtomobilin sahibinə bildirdim ki sənin avtomobil Bakı Sığorta şirkətində kasko sığortalıdır. Çağır gəlsinlər baxsınlar dəymiş zərəri ödəsinlər sonrada subroqasiya ilə Atəşgah Sığorta şirkətindən pulu alarlar. Bakı Sığorta həmin anda yaranan anlaşılmazlıq səbəbindən gözləntilərimizi qarşılamadı və az ödəniş təklif etdi. Sonradan mən Bakı Sığorta ilə danışdım sosial şəbəkədə bununla bağlı paylaşım etdim. Sağ olsun Şahin müəllim İZTV.az səhifəsində paylaşımı işığlandırdı beləcə səsimizi Bakı Sığorta şirkətinin Biznesin İnkişafı Departamentinin rəhbəri Samirə xanım eşitdi. Məsələdən xəbər tutaraq Şahin müəllimə bildirdi ki anlaşılmazlıq var ortada və yaranan problemi həll etmək istəyirik. Beləcə Samirə xanım ilə əlaqə saxladıq məsələni danışdım. Sağ olsun məsələyə çox şəffaf yanaşdı. Yenidən dəyərləndirmə aparıldı və beləcə dəymiş zərər 5000 AZN müəyyən edilərək Bakı Sığorta şirkəti tərəfindən ödənildi. Burdan Bakı Sığorta şirkətinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Atəşgahında canı sağ olsun. Öz rızası ilə ödəməsədə subroqasiya ilə 5000 AZN – i geri ödəyəcək.