Müraciət ünvanlanır Mərkəzi Banka, Azərbaycan Sıgortaçılar Assosiasiyasına və İcabri Sıgorta Bürosuna…
Müraciət ünvanlanir bütün Sıgorta Şirkətlərinə…
Bütün Sıgorta vasitəçilətinə və çarğı mərkəzi rəhbərlərinə…
Bütün sıgortalılara və sıgortalı olacaq bütün vətəndaşlarlmlza…
Son dövrlərdə Sıgorta sektorunda baş verən geriləmələr, bir durgunluq yaşanmasi özünü aşkar surətdə biruzə verməkdədir.Durgunlugun bir səbəbi qlobql pandemiya səbəbi ilə izah olunsa da, digər səbəbi insanlarımızın Sıgorta sektoruna olan inamsızıgı və etimadsızıgıdır.
İcbari Sıgortalar barədə yeni qanunun qəbul olunmasından keçən dövr ərzində, insanların sıgortaya inamını nəinki bərpa edə bilmədik, mən deyərdim hətta vəziyyəti daha da qəlizləşdirdik.
Bu gün əksər vətəndaşlarımız sıgorta barədə nəinki nəsə eşitmək istəmir, hətta bu barədə söhbət salanda əllərini yelləyib gedirlər.
Niyə bu sahədə irəlləiləyiş baş vermədi?
Kimdi günahkar?
Əhali Sıgorta şirkətlərini günahlandırır.Çünki əksəriyyətin nə Mərkəzi Bankdan, nə ASA-dan, nə də İSB-dən xəbəri yoxdu və bu onlara heç maraqli da deyil.Sıgortalı yalniz Sıgorta şirkətini taniyir və probleminin həllini də onlardan gözləyir.Bu gözləntisində də tam haqlıdır. Çünki müqaviləsini Sıgorta şirkətləri ilə baglayir və ödənişini də onlara edir. Bu proseslərdə insanları hər hansi bir Sıgorta şirkətinə cəlb edən Sıgorta vasitəçiləri nə kimi rola və məsuliyyətə malikdirlər? Mən belə deyərəm ki, sıgorta vasitəçiləri insanlarin sıgorta şirkətlərinə inamıni təmin etməkdə tam məsuliyyət daşiyirlar və təəssüf ki, bu məsuliyyətin öhdəsindən gəlmirlər.
Bəs Sıgorta vasitəçiləri niyə öz işlərinə məsuliyyhətlə yanaşmırlar?
Çünki sıgorta vasitəşiləri bu gün hüquqlari heç bir təşkilat tərəfindən müdafiə olunmayan yeganə bir topluma çeviriliblər.Bununda bir şox səbəbləri var və Sıgorta vasitəçiləri barədə ayri bir yazim olacaq.
Sıgorta şirkətləri öz növbələrində əhalini qınqyırlar. Səbəb kimi əhalini məsuliyyətsizlikdə, sigorta məhsullarina maraq göstərməməkdə təqsirli bilirlər.Bəs Sıgorta şirkətləri bu iddialarinda haqlidirlarmi?
Hardasa haqlidirlar, amma əksər hallarda yox…
Mən hələ elə bir Sıgorta şirkəti xatırlamıram ki, əhaliyə yaddaqalan, təsirli bir müraciət etsin, məhsullarını təblig etsin yaxud da kütləvi tədbirlər təşkil edib, təbligati bir iş görsün.Bəzən kampaniya xarakterli bəzi hərəkətlilik olur.Bunu isə ya effkti olmur, ya da tədbirin nə məqsədə təşkil olundugu aydın olmur.
Bəs hər zaman narazı olan sıgortalılar necə, hər zaman haqlıdirlarmı?
Qətiyyən yox… Tam məlumatsız, maariflənməyə maraq göstərməyən, daim az ödəniş edib, daha çox qazanc əldə etməyə meyilli olan sigortalılara da haqq vermək olmaz.
Nəticədə qapalı bir dairə yaranir. Hami günahkardir və heç kəs günahkar edyil.
Nə etməli?
Təcili olaraq Mərkəzi Bank, ASA və İSB hərəkətə keçməlidirlər. Yeni qaydalar, hətta lazımgələrsə yeni qanunlar qəbul olunmalıdır.
Sıgorta sektoru iqtisadiyyatımizin hərəkətverici bir sahəsi hesab edilir və belə də olmalidir.
Ümid edək ki, belə də olacaq…
Şahin İsmayılov.