Media istifadə edə bilər:Çox hörmətli “ASAN xidmət” və DİN rəhbərliyi…bu gün saat 13.30-da online növbə götürdüyümüz “ASAN 5”-də dünən oğlumun imtahan verib aldığı sürücülük vəsiqəsində olan hərf səhvini düzəltmək üçün 2 saata yaxın vaxtımı itirdim və qanunun tələbinə zidd olaraq 25 manat rüsum ödəməyə məcbur qaldım…Təbii ki, rüsum ödəməmişdən öncə xidmətin hüquqşünası Erol adlı işçinizə və İsa adlı digər xidmət departamentinin direktoruna bir vətəndaş olaraq bunları izah etdim, onlar da əvvəlcə əksini düşünsələr də, yanımda “Dövlət rüsumu haqqında”, “Yol hərəkəti haqqında” qanunları açıb baxdılar və məndən də üzr istədilər ki, qanunların tələbinə görə siz rüsum ödəməməlisiniz (qanunu şərh yerinə qoyacam), ancaq DİN-nin “qaydalarına” əsasən siz rüsum ödəməlisiniz, ya da ki, Xırdalandakı baş idarəyə gedib orda məsələni həll etməlisiniz, kimin səhvidirsə o düzəltsin..Əlqərəz kuratorlar arası “danışıqlara start verildi” ən azı 1 saat danışdıqdan sonra qərara gəldilər ki, ödəməli deyiləm, ancaq DİN-də “ASAN xidmət”-in kuratoru istirahət günündə tapılmadığına görə ya imtina aktı yazılmalıdır, ya da ki, sabah gəlin yenə aydınlaşdıraq…”ASAN xidmət” işçiləri dəfələrlə üzr istədilər ki, xidmət bizim məkanda olsa da həmin xidməti verən DİN-dir və ordakı kurator deməsə bizim işçilər sizə xidmət göstərə bilməyəcəyik..Hər nə isə bu kurator kimdirsə, ona başa salın ki, ay “danabaş”, vətəndaş xidmət almağa gəlir, sizin daxili çəkişmənizin ona aidiyyatı yoxdur…Mən də Cavidin təzyiqlərinə dözməyib 25 manat ödədim vəsiqəni dəyişdirdim, indi də ən azı 1 ay vaxt sərf etməliyəm ki, bu pulu DİN-dən geri alım…