Ermənistanda hansı proseslərin getməsindən asılı olmayaraq, bu ölkənin rəhbərliyi hər zaman müxtəlif bəhanələrlə ovunmağa, yalanlarla baş qatmağa nəsə tapırlar. Yəqin ki, bunun özü də bir xoşbəxtlikdir.
İndi də bu, xoşbəxt insanlar yatıb yuxularında görüblər ki, guya iyulda Ermənistanın Tavuş bölgəsindəki döyüşlər zamanı qalibiyyət əldə ediblər və buna görə bu əmliyyatda fəal iştirak edənləri mükafatlandırmaq lazımdır.
Baku TV-nin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində yazır ki, Tavuşdakı istiqamətində döyüşlərin iştirakçıları ordenlərə layiq görülüb.
Millət vəkili Hikmət Babaoğlunun fikrincə, dəfələrlə Azərbaycan tərəfindən müxtəlif istiqamətlərdə məğlubiyyətlərə düçar edilən Paşinyan bu cür addımlarla daxili auditoriyada özünə qəhrəman, Ermənistan ordusuna isə yüksək döyüş qabiliyyətli ordu imici yaratmağa çalışır.