Böyük QƏLƏBƏNİN astanasındayıq.Müxtəlif saytlarda,internet kanallarda Şanlıı Ordumuzun artıq Laçın dəhlizini götürdüyü barədə xəbərlər paylaşılır.Ancaq bu barədə rəsmi heç bir məlumat yoxdu hələ ki…
İstənilən halda Ordumuzun Laçın dəhlizi yaxınlıgında döyüşlər apardığı artıq faktdır və ola bilsin ki, bu gözəl xəbər yaxın saatlarda yaxud yaxın günlərdə rəsmi təsdiqini tapacaq.Buna heç kimin şübhəsi yoxdur.
Laçın dəhlizinin bağlanması isə rəsmi dildə Ermənistanın təslim olması deməkdir. Bütün Azərbaycan və bütün TÜRK dünyası bu xəbərin həsrətindədir.
Ermənistanın kapitulyasiyası qaşılmaz bir faktdır.
Kapitulyasiya sənədi harada imzalanacaq,hansı şərtlər altında imzalanacaq,hansı ölkələtin iştirakı ilə imzalanacaq,bu artıq Ali Baş Komandanın səlahiyyətindədir.Yaxı günlərdə bu sual da öz cavabını tapacaq.
Maraqlı gəlişmələr kapitulyasiya müqaviləsi imzalandıqdan sonra başlayacaq.
Hər kəsə məlumdur ki, Rusiya bu müharibədə heç bir tərəfin qalib gəlməsini istəmir.Çünki Rusiyada çox gözəl başa düşürlər ki,məglub tərəfi birdəfəlik itirəcək.İndiki halda məglub tərəfin Ermənistan oldugu heç bir şübhə dogurmadıgı üçün,Deməli ermənistanın Rusiya üçün itirilməsi şansı böyükdür.
Məglubiyyətdən sonra Ermənistanda Rusiya əleyhinə kütləvi igtişaşlar başlayacaq və rus hərbi bazalarının ermənistanı tərk etməsi tələb olunacaq.Rusların isə ordan getməsi,Amerika hərbi bazasının bu ərazidə yerləşməsi deməkdir.NATO bazasının ermənistana yerləşdirilməsi isə,perspektivdə rusların bütün Qafqazı itirməsi ilə nəticələnə bilər.Rusiya istəsə belə buna imkan verə bilməz.
Azərbaycanın itirilməsi Rusiya üçün daha qorxunc bir gələcək vəd edir. Türkyə yəni NATO bazalrı bu halda Rusiyanın qulagının dibində özünə yer tutacaq.Bu isə ümumiyyətlə yolverilməz bir haldı.
Rusiya dilemma qarşısındadı və süçim etmək məcburiyyəti ilə üz-üzə qalıb.
Ancaq bir məsələ də var.
Rusiyanın Ermənistandan getməsi asanlıqla başa gələn bir işdirmi?
Məncə yox…
Unutmayaq ki, ermənistanın bütün sənaye müəsissələri Rusiyanın mülkiyyətindədir.Bütün nəqliyyat və dəmir yolları sistemi də o cümlədən.Ermənistanın qaz və neft tələbatı da Rusiya hesabına ödənilir.Hərbi yardımlar qarşılıgında ermənilərin ruslara milyardlarla ölçülən borcları var.Bu borcları ödəmədən ermənilər aradan çıxa bilməz.
Rus hərbi bazalarının ermənistandan çıxardılması tələbi qarşısında isə,Rusiyanın bir göz vurması bəs edər ki, Mehri ərazisindən Naxçivana dəhliz açaq.Ona görə də ermənilərin rus bazalarını öz əraziləırindən çıxardacagı söhbəti inandırıcı görünmür.
Ermənilərin çarəsi bir qədər atılıb-düşüb,sonra sakitləşmək olacaq.
Ona görə də 90 faiz ehtimalla Rusiyanın seçimi bizim tərəfimizdə olacaq.
Danışıqlarda masa arxasında Türkiyənin yer alması da mübahisə dogurmayacaq və Türkiyə nizamlanma prosüsində söz sahibi olacagı şübhə dogurmur.Çünki Rusiyanın Türkiyə ilə daha da yaxınlaşması labüddür və rusiya üçün həyati əhəmiyyət kəsb edir.
Əlbətdəbütün bunlar mülahizələrdi.
Daha dəqiqi ber neçə günə aydınlaşacaq.
İndiki anda bizim üçün vacib olan isə ŞANLI ORDUMUZA zəfər arzulamaq və tezliklə QARABAĞIMIZA qovuşmaqdır.
QARAGAĞ AZƏRBAYCANDIR!!!
Şahin İsmayılov.