ASA sığortaçılardan ibarət “Ekspert qrupu” yaratdıAzərbaycan Sığortaçılar Assosiasiyasının təşəbbüsü ilə sığortaçılardan ibarət “Ekspert qrupu” təşkil edilib.ASA-dan verilən məlumata görə, Qrupa, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin mütəxəssisləri daxildir. İlkin mərhələdə 30 nəfərdən ibarət “Ekspert qrupu” peşəkar sığortaçıların müxtəlif istiqamətlər üzrə bölgüsü əsasında formalaşdırılıb.Mərkəzləşmiş Qrupun yaradılmasında başlıca məqsəd sığorta sistemi ilə bağlı doğru olmayan və ictimaiyyətdə çaşqınlıq yaradan məlumatların sayının minimuma endirilməsi, ölkədə sığorta ilə əlaqəli informasiya siyasətinin doğru təşkili, sığorta ilə bağlı bilgilərin peşəkar sığortaçılar tərəfindən təqdim olunmasıdır.Azərbaycan Sığortaçılar Assosiasiyası media qurumlarına müraciət edərək bildirir ki, sığorta ilə bağlı hər hansı bir mövzuda peşəkar mütəxəssis rəyi almaq üçün Assosiasiyaya müraciət etməkləri kifayətdir. Nəticədə ASA “Ekspert qrupu”na üzv mütəxəssislərin media ilə koordinasiyasını təşkil edəcəkdir.