Qəhrəmanlarımızı tanıyaq! Fuad R. Nabiyev.
44 günlük müharibə insanı necə dəyişərmiş. Hadrut qəhrəmanlarından olan, Şuşa döyüşlərində qolundan qəlpə yarası almış leytenant Fuad Nəbiyev. Hazırda Füzuli qospitalında müalicə alır. Göndərdiyi smsi oxuyanda bu cavan qazimizin bu qısa müddətdə nələr yaşadığını anlamaq çətin deyil… “ Müharibə məni çox dəyişdi. Həyat sevgisilə nurlanan gözlərdən indi nifrət dolu baxışlar saçır…
Hər dəfə yanında mərmi partlayanda sən ölümün necə yaxın olduğunu hiss edirsən. Anlayıırsan ki, ətrafını, doğmalarını, sevdiklərini bir an içində itirə bilərsən. Həmin an o ülvi hissləri tam varlığınla yaşayırsan….və itirməkdən qorxursan.
Qorxu və sevgi… bundan sonrakı həyatımda hər zaman mənimlə qalacaq hisslər” Bu smsi nəmli gözlərlə (dəfələrlə) oxuduqca ilk günlərdən könüllü cəbhəyə yollanan, döyüşlərdə yaxın dostunu itirən, sağalan kimi evə yox yenidən Şuşaya əsgərlərinin yanına qayıtmağa qərar verən bu igidin 40 gün ərzində dünyaya baxışının necə dəyişdiyini, ülvi hisslərin, həyat dəyərlərinin, dövlət-millət-ailə sevgisinin nə demək olduğunu bütün varlığı ilə yaşadığını və yaşayacağını anlayırsan.
Fuadın müharibənin ilk və son günlərində çəkdirdiyi şəkillərə baxanda can verib can alan igid oğullarımızın nələrdən keçdiyi aydın sezilir. Yaşa, Azərbaycan! Sənin oğul dediyin belə igidlərin var!